DÜŞMƏNƏ SARSIDICI ZƏRBƏLƏR ENDİRMİŞ ŞƏHİDİMİZ - FOTOLAR

Daxili İşlər NazirliyininDaxili Qoşunlarının baş əsgəri Kamran İlqar oğlu Fərəcov 14 fevral1996-cı ildə Şirvan şəhərində anadan olub. Orta təhsilini 11 saylı orta məktəbdə alan Kamran, təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra hər zaman hərbiçi olmağa can atan igidimiz DİN-in Daxili Qoşunlarında xidmətini davam etdirib.

O, Quba rayonunda yerləşən hərbi hissənin Xüsusi Təyinatlı Dəstəsində xidmətə başlayıb. Əksəriyyət kimi onun da ən böyük arzusu işğalda olan torpaqlarımızın azad edilməsi idi. Ötən il sentyabrın 27-də Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatına başlayanda o, da döyüş yoldaşları ilə birlikdə ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan Vətən müharibəsinə yollanıb. 

Sərrast atıcı olan K.Fərəcov meşəlik ərazilərdə öz snayper tüfəngi ilə çoxlu sayda düşmənin canlı qüvvəsini məhv edib, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin azad olunması uğrunda gedən əhəmiyyətli döyüşlərdə iştirak edib. Düşmənə sarsıdıcı zərbələr endirən döyüşçü yoldaşları ilə birgə Şuşa istiqamətində həlledici döyüşlərə qatılıb. Şəhərin lap yaxınlığındakı Çanaqçı kəndin ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Kamran Fərəcov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentiİlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı və 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şirvan ŞPŞ-nin əməkdaşları tez-tez onun ailəsinə baş çəkir, qayğıları ilə maraqlanırlar. Atası İlqar Fərəcov oğlunun hünəri ilə fəxr etdiyini bildirir, Vətən uğrunda göstərdiyi qəhrəmanlığı, şücaəti ilə torpaqlarımızı işğaldan azad edən igidlərimizin əbədi yaşayacağını deyir.

"AzPolitka.info"



635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar