Üst-üstə 100 mərtəbəli bina komitə sədrinin qardaşının əlindən alınıb ortağına verildi
Sahib İbrahimovla şərikinin 7 illik “müharibə”sinə Ali Məhkəmə son qoyub
Diasporla İş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimovun Qardaşı Sahib İbrahimov və şəriki arasında yaranan münaqişə İbrahimovların məğlubiyyəti ilə nəticələnib. Bir müddət əvvəl N.İbrahimovun qaynı Məzahir Cəfərovun həbs edildiyi, qardaşı S.İbrahimovun isə hüquq-mühafizə orqanları tərəfindən saxlandığı bildirilirdi. Məlumatlarda S.İbrahimovun "Galaxy Palace" tikinti şirkətində xeyli miqdarda yeyintinin aşkarlandığı, eyni mənzili bir neçə nəfərə satmaqda təqsirləndiyi deyilirdi. Məlumata görə, söhbət nə az, nə çox, 8 milyon manatlıq yeyintidən gedir. S.İbrahimov sudan "quru" çıxsa da, komitə sədrinin qaynı həbsdə qalıb. Baxmayaraq ki, Nazim İbrahimov bu yaxınlarda adıçəkilən şirkətin sahibi olmadığını demişdi, lakin şirkət qardaşının adınadır və qaynı da onunla birgə işləyirdi. S.İbrahimov bir neçə müddətdir mobil telefonunu açmır. İnternetdə şəhərin müxtəlif yerlərində möhtəşəm binalar tikən "Galaxy Palace"ın web-saytı, heç bir hüquqi ünvanı və ya telefonu yoxdur, sadəcə bəzi mənzil satışlarında adı keçir.
Məhkəməyə verdi, 4 binanın şəriksiz sahibi oldu

Mənzil dedikləri quru dörd divardan ibarətdir. Heç qapı-pəncərəsi də qoyulmayıb. Deyəsən artıq belə edirlər. Əvvəllər ucuz da olsa qapı-pəncərə qoyulurdu. İstəyən sonradan daha keyfiyyətlisinə dəyişdirirdi. İlkin dedi ki, ödəniş nağd qaydadadır, onlar tərəfdən isə alıcıya müqavilə verilir. Ayrıca olaraq müştəriyə şirkət tərəfindən maliyyə arayışı təqdim olunur ki, həqiqətən mənzil konkret adama məxsusdur və onun şirkətə borcu yoxdur. Burada maliyyə hesabatının dövlətə tam həcmdə necə verildiyini bilmirəm, amma nağdsız ödəniş belə tikintilərdə daha məqsədəuyğundur. Bu zaman dövlətdən də yayındırılan vəsaitin həcmi az olar. Eyni zamanda bir mənzilin bir neçə şəxsə satılması riski də aşağı olar.
"Galaxy Palace" getdi, yerinə "Sahil D" gəldi

Binadan panorama demək olar yoxdur. Bizə təklif etdikləri qarşı evdəki mənzildən baxanda durduğumuz binadan başqa heç nə görünmür. Yenə bu biri üzdə o künc bu küncdən şəhərin bəzi parçalarını "tutmaq" olur, alacağımız mənzildən isə bu, mümkün deyil. Binanın altı qarajdır. 18 kvadrat metrlik kənarı açıq "qaraj" isə 25 min manatdır.
Bu məsələ 7 il sürdü...

- Bu çox uzun müddətdir. Səbəbi ciddi olmalıdır.
- Bəzi səbəblərdən işlərimizi saxlamışdılar, müəyyən problemlərimiz vardı. O problemlər artıq həll olunub. Ümumilikdə 7 ildir. Kompleksimiz də balaca deyil, üst-üstə sayanda 100 mərtəbədir.
- Alıcı kimi mənə maraqlıdır, 7 il bir iş adamı üçün az vaxt deyil. Sərmayə qoyur ki, pulunu tez götürsün, başqa iş görsün. Burada isə 7 il iş dondurulub. Nəsə mübahisəli ciddi məsələ var?
- (əminliklə) Hazırda bizdə heç bir problem yoxdur.
- Hazırda yoxdur deyirsiz, əvvəl var idimi?
- Ola bilsin ki, olub. Amma günü bu gün üçün mən sizə qəti cavab deyə bilərəm ki, bizim problemimiz yoxdur.
- İlham Qasımovun binası olduğunu dediniz. Bu binanın sahibi əvvəllər Nazim İbrahimovun qardaşı ilə şərik olub, bu İlham o İlhamdır?
- Hə.
- Mətbuatdan oxuduğuma görə onların məhkəmə mübahisəsi olub və hətta bir nəfər də həbsdədir.
- Bilmirəm, olar.
- Bildiyimə görə İlham Qasımov Sahib İbrahimovu məhkəməyə verib...
- Bura hazırda İlham müəllimindir və bizim Ali Məhkəmədən qərarımız var.
- Çox gözəl. Demək bu iş şəriklikdən çıxıb?
- Təbii ki, çıxıb. İndi sırf bizim özümüzə aiddir. Onsuz da belə idi, amma faktiki Ali Məhkəmənin qərarı ilə də artıq dövlət tərəfindən də təsdiqləndi ki, ərazi və binalar yalnız bizə aiddir.
- Əslində mən jurnalistəm. Qərar barədə məlumatı da bizə verməyiniz yaxşı oldu. Kim bizə daha ətraflı məlumat verə bilər?
- İlham müəllim burada yoxdur.
- Siz mümkünsə əlaqə saxlayın.
- Yox, mən onunla əlaqə saxlaya bilmirəm.
- Bizə məktub daxil olub, biz də məsələni araşdırıb qarşı tərəf kimi İlham Qasımovun da mövqeyini dərc etmək istəyirik.
- Siz necə bilirsizsə o cür araşdırın...
- Elə hal-hazırda mən də onu eləməyə çalışıram. Sonra deyilməsin ki, "bizim mövqeyimiz nəzərə alınmayıb". Qarşı tərəf məhkəməyə pul məsələsinə görə verilmişdi?
- Bilmirəm.
- Bildiyimə görə bir evin bir neçə nəfərə satılması faktları burada da olub.
- Bilmirəm, mən sadəcə Ali Məhkəmənin qərarını bilirəm ki, İlham müəllimin xeyrinə həll olunub, vəssalam.
Məsələnin mahiyyətindən xəbərsizəm. Əlaqə nömrənizi saxlayın, mən İlham müəllimə çatdıraram. Məsləhət olarsa sizinlə əlaqə saxlayarıq.
- Bu daha optimal təklifdir ki, yaxşı ki, özünüz verdiniz (telefonumu dedim və qeydə aldı). Xahiş edirəm çatdırın ki, bu, sifariş deyil və bu barədə nə Nazim İbrahimov, nə də onun ailəsi tərəfindən bizə müraciət olunub.
- Onsuz da məsələyə aidiyyatı instansiyada baxılıb, bu məsələyə nə mən, nə siz, nə də qeyrisi təsir edə bilər.
- Məhkəmə qərarı ilə də tanış olmaq istəyirəm. Siz Sahib İbrahimov və ya həbsdə olan Məzahir Cəfərovun İbrahimovların ailə üzvü olduğundan yəqin xəbərdarsız.
- Mən nömrənizi çatdıracam, vaxtları olanda özləri zəng edəcəklər.
- Mən zəngi gözləyəcəm.
İ.Qasımov zəng eləmədi. S.İbrahimov da 1 həftədən çoxdur telefonunu qapalı saxlayır.
H.HƏMİDOVA(bizimyol.info)

Şərhlər