Ukrayna Qazaxıstanın əsas ticarət həmkarlarından biridir, ancaq son illər qarşılıqlı ticarətin həcmi aşağı düşür. Nur-Sultan və Kiyev bunu düzəltmək niyyətindədir: iyunun 18-də Ukraynanın paytaxtında Beynəlxalq Qazaxıstan-Ukrayna iqtisadi əməkdaşlıq komissiyasının 14-cü iclası keçirilib. Görüşdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi planları müzakirə olunub.
İclas Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovun və Ukraynanın iqtisadiyyat naziri Aleksey Lyubçenkonun sədrliyi altında keçib.
Sultanov ukraynalı həmkarlarına 70 adda məhsul tədarükünü təklif edib - onların sayəsində Qazaxıstan müəssisələri qeyri-xammal ixracını 350 milyon dollar artıra bilər.
«Bizim imkanımız var ki, neft-kimya, metallurgiya, yeyinti, kimya, maşınqayırma, tikinti materialları tədarükünü artıraq» - Qazaxıstan Ticarət Nazirliyi Sultanovdan sitat gətirir.
Qazaxıstan nümayəndə heyətinin başçısının fikrincə, ticari-iqtisadi münasibətlərin inkişafı Kiyevdə Qazaxıstan ticarət evinin, Nur-Sultanda isə Ukrayna ticarət evinin yaradılmasına kömək edərdi.
Qazaxıstan tərəf həm də Kiyevə müxtəlif sahələr üzrə birgə kooperasiya layihələri açmağı təklif edib. Ukrayna tərəfi də bunda maraqlı olduğunu bildirib. Bundan başqa, Qazaxıstan Ukraynaya Hundai atomobillərinin (Qazaxıstanda yığılır) tədarükü təklifini də səsləndirib.
AzPolitika.info


Şərhlər