Menu

Aİ strategiyası Rusiya ilə münasibətlərin normallaşmasına xidmət etmir - XİN

19.06.2021, 12:07
Aİ strategiyası Rusiya ilə münasibətlərin normallaşmasına xidmət etmir - XİN

Avropa İttifaqının (Aİ) strategiyası Moskva və Brüsselin münasibətlərinin normallaşması perspektivinə xidmət etmir, Aİ diplomtiyasının başçısı Jozep Borrelin çıxışı isə ideologiyalaşdırılmış xarakter daşıyır.

Bu barədə iyunun 17-də Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

«Biz, təsdiqləyirik ki, avrostrukturların intellektual töhfəsi iki nəhəng qonşu arasında normallaşdırma perspektivinə aparmır, mümkündür ki, hətta əksinə. Çıxışın mətni ideologiyalaşdırılıb. Onu Rusiyaya yönəlik münasibətin dəyişməsi istiqamətində Avropanın köklü əhalisinin fikri adlandırmaq çətindir - diplomat bildirib - Avroittifaqın maraqlarına və bütövlüyünə hansısa «hibrid» və digər təhdidlər toplusuna çevrilmiş əsassız ittihamlar qəti şəkildə qəbuledilməzdir. Onların uydurma olması onu göstərir ki, Brüssel elə özü bizimlə peşəkar dialoqun işə salınmasından yayınır - guya bu, kibertəhlükəsizlik və dezinformasiyaya qarşı həyəcan doğurur».

Xəbər verildiyi kimi, Avropa diplomatyasının başçısı Jozep Borrel Brüsselin strategiyasını anons edrək, bildirib ki, o, 3 prinsipə əsaslanacaq - «itələmək, qarşı durmaq və qarşılıqlı fəaliyyət göstərmək». Bunu şərh edən Mariya Zaxarova bildirib ki, Aİ strategiyasını hazırlayanlar tarixi bilmirlər və gerçəyi qeyri-adekvat qavrayırlar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol