MÜDAFİƏ NAZİRLİYİNDƏN MİNA XƏRİTƏLƏRİ İLƏ BAĞLI AÇIQLAMA - VİDEO

“Hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır. Eyni zamanda bu iş praktiki olaraq ərazidə də həyata keçirilir. Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Və bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”.

Bunu Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Bir daha təkrar edim ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək”, deyə A.Eyvazov əlavə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan tərəfi Ağdamın minalanmış ərazilərinin xəritələrini Azərbaycana verib, həmin ərazilərdə 97 min piyada və tank əleyhinə mina basdırıldığı bildirilib. Xəritələrin əvəzində Azərbaycan 15 erməni hərbçisini qaytarıb. Bu anlaşma Gürcüstan baş nazirinin vasitəçiliyi, ABŞ dövlət katibinin köməkçisinin dəstəyi ilə baş tutub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar