Paşinyan və Koçaryan seçkiyə nə qədər pul xərcləyiblər?

Ermənistanın Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak edən partiya və siyasi blokların seçkiqabağı təbliğat və təşviqat kampaniyasına xərclədiyi vəsaitləri açıqlayıb.

“Sputnik” xəbər verir ki, xərclərin həcminə görə ilk yeri hakim “Vətəndaş sazişi” partiyası tutub. Hazırda Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın partiyası seçkiqabağı kampaniya üçün 458.5 milyon dram (təxminən 1.5 milyon manat) xərcləyib.

Ölkənin keçmiş prezidenti Robert Koçaryanın “Ermənistan” bloku isə 309.3 milyon dramla (təxminən 1 milyon manat) siyahda ikinci yerdə qərarlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar