Menu

Virus daha sürətlə yayılacaq – “Rospotrebnadzor”

21.06.2021, 10:07
Virus daha sürətlə yayılacaq – “Rospotrebnadzor”

Rusiyada Covid-19 immunitetli insanların sayı yetərli deyil, ona görə də koronavirus daha sürətlə yayılacaq.

Bu barədə «Rospotrebnadzor»un genomika və genom texnologiyaları Mərkəzi Elmi-Tədqiqat İnstitutunun qrup rəhbəri Anna Speranskaya «Rossiya-1» telekanalının efirindən bəyan edib.

«Bizdə peyvənd olunmuşlar azdır. Hələ də orqanizmində anticisim qalmış və xəstəlik keçirmişlərin sayı böyük deyil. Bu, o deməkdir ki, virus daha sürətlə yayılacaq, o, daha asanlıqla yayılacaq» - mütəxəssis bildirib.

Xatırladaq ki, Moskvada koronavirus üzrə kritik situasiya yaranıb və buna görə hakimiyyət sərt tədbirlərə əl atmağa məcbur olub: xəstəxanalarda peyvənd olunmamış pasiyentlərə planlı müalicə qadağan olunub, əməkdaşları üçün vaksinləmə tələblərinə əməl etməyən təşkilatlara cərimə tətbiq edilir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol