Menu

BUGÜNKÜ YOLUXMA SAYI AÇIQLANDI - Bir nəfər vəfat edib

21.06.2021, 17:50
BUGÜNKÜ YOLUXMA SAYI AÇIQLANDI  - Bir nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 599 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib, aktiv xəstə sayı 959 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 115, ötən müddət ərzində isə ümumilikdə 3 680 977 test aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol