İsrail PUA-ları “ələ keçirən” lazer sistemini sınaqdan keçirib
Baxiş sayı:
Dərc olunub:
21/06/2021 - 18:49
İsrail Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarını (PUA) “ələ keçirən” yeni güclü lazer sisteminin sınaqlarının ilk seriyasını uğurla başa çatdırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Müdafiə Nazirliyinin Araşdırma və Hazırlama İdarəsi “Elbit Systems” konserni və İsrail Hərbi Hava Qüvvələri ilə birlikdə yüksək güclü lazer silahı sistemindən (HPL-WS) istifadə edərək bir neçə PUA-nı uğurla məhv edib. PUA-lar müxtəlif məsafələrdə və yüksəkliklərdə zərərsizləşdirilib”, - mətbuat xidmətindən bildiriblər.
Son yazılar
13:33
Ermənilər Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb - VİDEO
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.