Suriyanın Türkiyə sərhəddində yerləşən Kobanidə ABŞ təyyarələri tərəfindən kürdlər üçün atılan hərbi sursat və ləvazimatın bəzi hissələri “İslam Dövləti” terror təşkilatının əlinə keçib.

Bu barədə SalamNews “İslam Dövləti” terror təşkilatının üzvlərinin “twitter” səhifələrinə istinadla xəbər verir.

“İslam Dövləti” terror təşkilatı üzvlərinin sosial şəbəkələrdə yayımladığı videolentdə, ABŞ hərbi təyyarələrinin dünən kürd döyüşçülərinə atdığı hərbi sursatların və ləvazimatın terroçuların ixtiyarına keçdiyi əks etdirilib

Qeyd edək ki, az öncə Suriyada bəzi mənbələr, Kobaniyə atılan bəzi hərbi ləvazimatın elə ABŞ təyyarələri tərəfindən vurulduğunu demişdilər