Menu

Camal Kaşıkçının qatilləri ABŞ-da təlim keçiblər - "New York Times"

23.06.2021, 21:41
Camal Kaşıkçının qatilləri ABŞ-da təlim keçiblər - "New York Times"

"Washington Post" qəzetinin səudiyyəli əməkdaşı Camal Kaşıkçının qətlində ittiham olunan 4 nəfər hadisədən bir il əvvəl ABŞ Dövlət Departamentinin təsdiqlədiyi xüsusi təlim proqramında iştirak ediblər.

"AzPolitika.info" xəbər verir ki, bu barədə "New York Times" qəzeti yazıb. Təlimlər ABŞ-ın Arkanzas ştatında özəl şirkət tərəfindən keçirilib. Məlumata əsasən, onun iştirakçıları Səudiyyə Ərəbistanı rəhbərliyinin mühafizəsini təmin edəcək əməkdaşlar olmalı idi.

2017-ci ildə könüllü olaraq ABŞ-a sürgünə gedən Camal Kaşıkçı Səudiyyə hakimiyyətinin sərt tənqidçisi olub. O, 2018-ci ildə Səudiyyə xəfiyyələri tərəfindən bu ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirilib. Onun meyiti xüsusi kimyəvi məhlulla əridilərək yox edilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol