Menu

“TURKOVAC peyvədinin 3-cü fazası Azərbaycanda da aparılacaq” - Fəxrəddin Qoca

23.06.2021, 21:52
“TURKOVAC peyvədinin 3-cü fazası Azərbaycanda da aparılacaq” - Fəxrəddin Qoca

Türkiyənin ilk yerli TURKOVAC peyvəndinin 3-cü faza fəaliyyətləri Macarıstan, Azərbaycan və Qırğızıstanda da aparılacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “COVID-19”-la mübarizə tədbirləri çərçivəsində nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti iclasından sonra açıqlamasında bildirib. Nazir deyib ki, əlavə bir neçə ölkənin də bu siyahıya daxil edilməsi nəzərdə tutulub: “Danışıqlar davam edir. 29 mərkəzdə 40 min 800 nəfərə tətbiq olunacaq”.

Qeyd edək ki, TURKOVAC peyvəndi birinci və ikinci faza çərşivəsində 294 könüllüyə tətbiq olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol