“QURD QAPI”SI QƏBİRİSTANLIĞINDA BASDIRILAN CİNAYƏT... - Günel Mirzəyeva səfirin oğlunun yaxtasından dənizə necə düşüb? + VİDEO

Bura “Qurd qapısı” qəbiristanlığının dərin bir yeridir. Gözdən uzaq bu yerdə 1 yanvar 1986-cı ildə anadan olmuş Günel Rəşid qızı Mirzəyeva uyuyur. 4 ildir ki, azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı olmuş Günel Mirzəyevanın ölümü üzərindən sirr pərdəsi götürülmür. Baxmayaraq ki, mübhəm olaydan sonra onun suya qəsdən atılaraq öldürülməsi haqda sosial şəbəkələrdə çoxsaylı rəylər, ehtimallar var. Bu gün də həmin rəylər, ehtimallar araşdırılmamış qalır. Faktlar da Günel Mirzəyevanın ölümünün müəmmalı olduğunu ortaya çıxaracaq gücdədir.

Həmin gün - 2017-ci il iyunun 24-də Günel Mirzəyeva keçmiş deputat, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın oğlu Həbib Axundovun yaxtasında olub. Həmin gün qadın dənizdə batıb. Onun meyitini aşkarlamaq üçün dalğıclar 3 gün intensiv axtarış apardılar. Nəhayət, Günel Mirzəyevanın cansız cəsədini Bilgəhdə, ləpədöyəndən dənizin içinə doğru 300 metrlikdə aşkar edib, sudan çıxardılar...

Yayılan ilk rəsmi xəbərdə bir nəfərin yaxtadan suya düşərək öldüyü, meyitinin aşkar edilmədiyi deyilirdi. Ardından bəlli oldu ki, yaxtada Günel Mirzəyevanın yanında daha 6 nəfər olub. Onlardan biri də hazırda Ukraynada səfir olan Elmira Axundovanın oğlu Həbib Axundov olub.

Elmira Axundova həmin günlərdə xüsusi israrla “mənim oğlum orada olmayıb” deyirdi. Oğlunun 15 illik üzgüçülük praktikasının olduğunda israr edib “oğlum orada olsaydı, Günel Mirzəyevanı xilas edərdi” fikrini də əlavə etməkdən çəkinmirdi. Fakt isə odur ki, Həbib Axundov yaxtada olub, bundan başqa, müəmmalı hadisənin baş verdiyi yaxta Həbib Axundova məxsus olub.

Elmira Axundova sonradan üzgüçü oğlu Həbib Axundovun Günel Mirzəyevanı xilas etməməsinin səbəbinə aydınlıq gətirmədi. Diqqəti yayındırmaq üçün “dənizdə hər il adam batır da” deyib mətləbdən yayınmağa çalışdı.

Bəli, hər il dənizdə adamlar batır. Amma Günel Mirzəyeva kimi tale yaşamır heç biri.

Günel Mirzəyeva ilə Həbib Axundovun gizli-aşkar əlaqələri olmasaydı, bəlkə də Elmira Axundovanın söylədiklərinə şəkk edən də olmazdı. Digər tərəfdən, əgər olayda hər hansı bir kriminal iz yox idisə, niyə Elmira Axundova, ardından oğlu Həbib Axundov hadisədən sonra yaxtada olmasını ciddi-cəhdlə inkar edirdilər?

Elmira Axundovanın, oğlu Həbib Axundovun israrla gizlətmək istədiyi nə idi?

Hələ bu da son deyil. Günel Mirzəyevanın cəsədi torpağa tapşırılandan dərhal sonra Həbib Axundov yaxtasına müştəri axtarmağa başlayıb və cəmi 20 gün sonra yaxta Həbib Axundovun adından çıxarılaraq digər şəxsin adına keçirilib!

Bu, Elmira Axundovanın qələmə vermək istədiyi kimi, sıradan bir bədbəxt hadisə idisə, bunca tələskənliyə nə ehtiyac vardı?

Tutaq ki, Həbib Axundovun bu işdə heç bir günahı yoxdur. Bəs bu həngamə, bu qədər yalan nəyə lazım idi?

Günel Mirzəyeva dənizdə batandan sonra Həbib Axundov niyə yaxasını kənara çəkib deyirdi, “orada olmamışam”?

Anası Elmira Axundovanın da eyni mövqe sərgiləməsi ciddi suallar yaradır.

Həm də sonradan Həbib Axundovun da, Elmira Axundovanın da mövqeyi dəyişdi.

Ana-bala başladılar ki, bəs orada olub, amma sahildə dayanıb və Günel Mirzəyevanın sahildən 300 metr aralıda batmasını görüb, kömək edə bilməyib.

Fövqəladə Hallar Nazirliyinin bu hadisə ilə bağlı mətbuata verdiyi cavabdan isə bilinir ki, Həbib Axundov Günel Mirzəyeva dənizin dibinə gedəndə yaxtada olub. Yaxta isə dənizin 300 metr içərisində, dərinliyin 30 metrə qədər çatdığı ərazidə olub.

Bu sirli cinayət işinin istintaqı ərazi aidiyyəti üzrə Sabunçu Rayon Prokurorluğuna həvalə olundu. Fakt üzrə Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlandı. Həmin günlərdə Sabunçu prokuroru olan Ceyhun Şirinov ölüm işinin tezbazar bağlanması üçün əlindən gələni edirdi. Bu tələskənlikdə cinayət işində elə biabırçı səhvlər buraxılmışdı ki, sonradan oxuyanlar belə başa düşürdülər ki, iş materiallarını hansısa bir məktəbli yazıb.

Təsəvvür eləyin, Günel Mirzəyeva Həbib Axundovun yaxtasında dənizin 300 metr dərinliyinə aparılıb. Orada hansısa şəkildə yaxtadan suyun için düşüb və ya atılıb, boğularaq ölüb. Sabunçu prokurorunun möhürünü basdığı qərarda isə yazılır ki, Günel Mirzəyeva dənizdə çiməndə batıb!

Dənizin 300 metr içərisinə doğru çimirlər, yoxa üzürlər? Dəniz hamam vannasıdır? Günel Mirzəyevanın dənizdə üzməkdən qorxmasının videosübutu da var. Üstəlik, müəmmalı ölümündən sonra sosial şəbəkələrdə onu tanıyanların şərhlərində bu haqda çoxsaylı fikirlər yer alır.

Sabunçu prokurorunun təsdiq etdiyi xitam qərarında isə Günel Mirzəyevanın dənizdə çimərkən boğulub öldüyü iddia olunur və cinayət işinin bu məqama istinadən sonrakı araşdırması dayandırılır.

Görəsən, Sabunçu prokuroru üzgüçü Həbib Axundovdan soruşubmu ki, Günel Mirzəyevanı niyə xilas etməyib? Ümumiyyətlə, Həbib Axundov Günel Mirzəyevanı xilas etmək istəyibmi? Belə bir niyyəti olubmu? Buna çalışıbmı?

Bundan başqa, FHN-dən verilən açıqlamada digər diqqətçəkən məqam da var:

- Yaxta dövlət qeydiyyatına alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində “istismara yararlı” qiyməti verilmişdir. Sözügedən yaxtanın 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici jilet və 1 sayda dairə ilə təchiz olunub.

Sabunçu prokurorluğunda bu məqama da nədənsə diqqət yetirilməyib. Əgər yaxtada 8 ədəd xilasedici jilet olubsa, Günel Mirzəyevanın əynində həmin jiletlərdən niyə olmayıb? Onun əynində jilet olmayıbsa, buna görə yaxta sahibi Həbib Axundov məsuliyyət daşımır?

Bu qədər suallar ortada ikən, Günel Mirzəyevanın ölümündə kriminal izlər qırmızı xətlə seçildiyi bir vaxtda Sabunçu prokurorluğu işə xitam verib. Halbuki bu sualların cavabı mütləq ortaya qoyulmalıdır.

Günel Mirzəyevanın ölümünün 4-cü ilində üzə çıxan digər bir məqam da həmin gün yaxtada onunla birgə olanların kimliyi ilə bağlıdır. 

Yaxtada Günel Mirzəyevanın olma səbəbi heç şübhəsiz ki, Həbib Axundov olub. Onlardan başqa Lalə Hüseynova, İnna Mozqalina, Vadim Milyuçenko, Roman Ramazanov və Eynar Allahverdiyev də yaxtada olublar. Elə bu adamların da dindirilməsi ortalıqda olan suallara aydınlıq gətirə bilər.


Həbib Axundovun anasının səfir olması da heç nəyi dəyişmir. Günel Mirzəyevanın sirli ölümü nəhayət ki, araşdırılmalıdır. Xüsusən də həyat yoldaşından boşanmış Mirzəyevanın boğularkən hamilə olması iddialarının da diqqətə alınması dəhşətli cinayətin açılmasına təkan verə bilər! (musavat.com)

635x100

Şərhlər

suleyman 2021-07-02 15:26:52

bu ne qeder evler yixib

Roma 2021-06-26 09:20:23

"Dö"Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə." Heydər Əliyev...Bəli burada günahkar cəzasız qalıb və dişini ağardaraq ona buna ata-ata, anasının hesabına Cəmiyyətə meydan oxuyur. Onun iş adıyla bir neçə nəfərdən aldığı pullara görə olan məhkəmədə uşağa da aydın idi ana-balanın əməlləri, lakin sudan quru çıxdılar. İndi bu məsələdə də heç burunları da qanamayacaq. Bircə elə bu məqalədə göstərilən məsələlər düzgün tədqiq olunsa hər şey yerini tutar ...

Rr 2021-06-26 09:10:40

Pulluya beli ,,, Pulsuza deliii ))))

murad 2021-06-25 13:53:30

gedib yaxtada pozgunluq etmeyeydi

Eti 2021-06-25 06:21:30

.............(( Nece sefir ishleyir orda? Ceyhun mellim hara baxir?

Kaku 2021-06-25 04:01:58

Bu xanim 5ci kolonun aktiv numayendesi oldugu ucun bu cinayetde asanliqla baglandi

Roma 2021-06-24 20:15:28

Bu ölüm işinin açılmamasını başa düşə bilmirəm, cinayətkar niyə tapılıb cəzalandırılmır???, yəni bu nə qədər qəliz məsələdir və ümumiyyətlə bu ana-bala Axundovların adları korrupsiyada da hallanıb və nəticəsi yoxdur...

Xaliq 2021-06-24 15:41:49

Tutaq ki kimsə doģru mövqeyini bildirdi. Sonra? Nəticəsi ki olmayacaq.

Çingiz 2021-06-24 15:22:14

Azərbaycanda Naxyerazlara qanun niyə işləmir?Günahkar iqtidardır?Rəyinizi bildirin.

ALMAZ 2021-06-24 14:05:33

GÖRÜNÜR GÖRÜNƏN DAĞA BƏLƏDÇİ LAZIMDIR.GUYA HÜQUQ MÜHAFİZƏ ORQANLARI BUNU BİLMİR? BƏS NİYƏ CİNAYƏTİ GİZLƏDİRLƏR?

Əbülfəz 2021-06-24 13:36:02

Bütün Bakı bilir ki, bu işi atanşik ,dələduz .... törədib..

Xalq 2021-06-24 13:04:00

məhkəmələrdə ədalət olmadığına görə heç kim mövqeyini bildirmir.

Son yazılar