Rusiya sabahdan etibarən Ukraynadan bütün meyvə-tərəvəzi qadağan edir.
ANS PRESS-in məlumatına görə, Rusiya buna səbəb kimi Ukraynanın Avropa meyvə-tərəvəzini reeksport etməsini göstərir.
Rəsmi Moskva iddia edir ki, Ukraynadan Rusiyaya göndərilən meyvə-tərəvəzdə qadağan olunmuş maddələr mövcuddur.
Rusiya oktyabrın 21-də isə Avropa Birliyindən ət və quş məhsullarının gətirilməsini qadağan edib.
Rəsmi Moskva AB-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq belə bir qərar verib.


Şərhlər