Məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.
APA-nın məlumatına görə, bu, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.


Şərhlər
Vəkillərin idarə Heyətində şəffaflığın yaradılması üçün anar Bağırov başda olmaqla, heyət tam tərkibdə istefaya göndərilməlidir !
Vəkiliyin Test imtahanından yüksək bal toplayan (90,96) Vəkilliyə namizədlərin çıxdaş edilməsi Vəkillər Kollegiyasının İdarə heyətinin işində korrupsiya əməllərinin olmasından xəbər verir ???
Vəkillər Kollegiyasının İdarə Heyəti tam tərkibdə dəyişilməlidir, çünki yüksək bal toplayan hüquqşünaslar məhv edilir. Hamını öz günlərinə salırlar ki, rahat nəfəs alsınlar ? Yüksək bal toplayaraq kənarda qalan Hüquqşünasları araşdırıb ortaya şıxartmalı və VK işinə hüquqi qiymət verilməlidir ?
VK sədri anar Bağırov sədr təyin olunduqdan sonra,əsl Vəkillər məhv edilib ?
məhkəmələrdə ədalətsizlik idi, indi hakimlərin əlinə daha bir kart-blanş verildi! İndi yıxıb sürüyəcəklər milləti!