Menu

Lənkəranda əmisi oğlunu və bibisi nəvəsini qətlə yetirən şəxs saxlanılıb

24.06.2021, 22:41
Lənkəranda əmisi oğlunu və bibisi nəvəsini qətlə yetirən şəxs saxlanılıb

Lənkəranda qohumlarını qətlə yetirən şəxs saxlanılıb.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, qətlin ailə münaqişəsi zəminində baş verdiyi söylənilir.

Xatırladaq ki, kənd sakini Seymur Sərraf oğlu Şirinov aralarında yaranan münaqişə zəminində əmisi oğlu Elmar Sərdar oğlu Fərəcova və bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevə öv tüfəngindən atəş açaraq qətlə yetirib. Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol