Menu

1 ildə 2400 nəfər edam edilib

22.10.2014, 08:51
1 ildə 2400 nəfər edam edilib

Son 1 ildə Çində 2400 nəfər edam edilib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, “Duy Xua” İnsan Hüquqları Fondunun hesabatında belə deyilir.

Fondun məlumatına əsasən, bu rəqəm son iki ilin göstəriciləri ilə müqayisədə 20% azdır. Buna baxmayaraq, Çin ölüm hökmlərinin sayına görə lider olaraq qalır.

Ölkədə ölüm hökmləri ilə bağlı xəbərlər dövlət sirri sayılsa da, hüquq müdafiəçiləri məlumatları bilavasitə məhkəmə orqanlarından aldıqlarını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol