Menu

Müddətdən artıq xidmət edən əsgərlərə ödəniş veriləcəkmi? - "Yaxşı olardı, amma..."

25.06.2021, 15:49
Müddətdən artıq xidmət edən əsgərlərə ödəniş veriləcəkmi? - "Yaxşı olardı, amma..."

Prezident İlham Əliyevin sərəncamına əsasən, iyulun 1-dən xidmət müddəti bitmiş bütün hərbi çağırışçıların ehtiyata buraxılmasına başlanacaq.

Qeyd edək ki, ötən il baş vermiş 44 günlük müharibədən sonra əksər qoşun qruplaşmalarında xidmət keçən əsgərlərin xidmət müddəti qanunda nəzərdə tutulduğundan 6 ay uzun çəkib. Mövcud qanunverciliyə görə, 18 yaşı tamam olmuş, hərbi xidmətdən möhlət hüququ olmayan vətəndaşlar 18 ay məcburi hərbi xidmət keçməlidirlər. Ali təhsil alanlar üçün bu müddət 1 il təyin olunub.

Bəs müddətən artıq xidmət edən əsgərlər əlavə ödənişlər alacaqlarmı? Hazırda əsgərlərin maaşı 15 manat təşkil edir.

Qeyd edək ki, müharibəyə könüllü yollanmış vətəndaşlara günü 10 manat olmaqla aylıq 300 manat civarında vəsait verilib. Nəticədə könüllülər dövlətdən ümumilikdə xidmət müddətinə görə 1000-1300 manat civarında ödəniş aldılar.

Maraqlıdır, bu qayda müddətdən artıq xidmət edən əsgərlər üçün də tətbiq ediləcəkmi?

Əsgər valideyinlərindən biri "AzPolitika.info"-ya bildirib ki, övladına nə əlavə vəsait, nə də onun veriləcəyi barədə vəd verilməyib.

Hərbi ekspert Ədalət Verdiyev isə "AzPolitika.info"-ya deyib ki, müddətdən artıq xidmət edənlərə bir miqdarda ödəniş verilməsi yaxşı olardı. Ekspert bu barədə təklif də səsləndirdiyini xatırladıb: "Amma görünür, dövlətin maliyyə imkanları işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsinə və bərpasına yönəldilib. Xüsusən, minaların təmizlənməsi olduqca böyük vəsait tələb edir. İşğaldan 10 min kvadrat kilometrdən çox ərazi azad edilib, düşmən hər tərəfi minalayıb, onları təmizləmək ağır və xərc tələb edən işdir".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol