Menu

Bakıda beş qadını avtomobil vurub

26.06.2021, 08:44
Bakıda beş qadını avtomobil vurub

Gecə saatlarında paytaxtın müxtəlif rayonlarında qəza baş verib.

APA xəbər verir ki, hadisələr Suraxanı, Nəsimi, Səbail, Binəqədi və Yasamal rayonlarında qeydə alınıb.

Qaraçuxur qəsəbəsində 1963-cü il təvəllüdlü Nəzərova Rasimə Abbas qızını, Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində 1996-ci il təvəllüdlü Bəhrəmova Aygül İlham qızını, İstiqlaliyyət küçəsində 1987-ci il təvəllüdlü Bayramova Leyla Valeh qızını, Biləcəri qəsəbəsində isə yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Yadigarova Nigar Musa qızını və Abbas Mirzə Şərifzadə küçəsində isə 2001-ci il təvəllüdlü Tağıyeva Gülnar Arif qızını minik avtomobili vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Qeyd edək ki, piyada vurulması ilə nəticələnən avtoqəzalar sutkanın qaranlıq vaxtında baş verib.

Şərhlər

MÜHƏNDİS 2021-06-26 12:22:26

bU HADİSƏLƏRİN TÖRƏDİLMƏSİNDƏ azƏRİŞIĞIN DA GÜNAHI AZ DEYİL.ŞƏHƏR KÜÇƏLƏRİ (MƏRKZİ KÜÇƏLƏRDƏN BAŞQA) AXŞAMLAR QARANLIQ OLUR.YMƏRKƏZDƏKİ BİNALARIN BALKONLARINI,BİNALARIN XARİCİNİ İŞIQLANDIRMAQDANSA ŞƏHƏR KÜÇƏLƏRİ QARANLIQ VAXTI İŞIQLANDIRILSIN.BU CİDDİ MƏSƏLƏDİR.BAXŞI OLAR Kİ,)

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol