Azərbaycan Neft Akademiyasının online toplantısındakı əxlaqsız hərəkəti ilə yaddaşlarda qalan, hətta bütün dünyada tanınan keçmiş millət vəkili Hüseynbala Mirələmov 76 yaşını qeyd edib. Bu münasibətlə anews.az-a müsahibə verən Mirələmov məlum hadisə barədə də danışıb. "AzPolitika.info" müsahibənin həmin hissəsini təqdim edir:
– Məlum video ilə gündəm oldunuz. Bizdə olan məlumata görə rektorla aranızda olan soyuq münasibətin nəticəsi olaraq həmin görüntülər 3 ay sonra yayıldı. Araşdırdınızmı həmin videogörüntüləri kim yayıb?
– Rektorla bizim universitetdən çıxan günə qədər çox isti münasibətlərimiz olub. Qarşılıqlı hörmət olub. Mənim üçün də təəccüblü oldu ki, video necə yayılıb. Araşdırmadım da bunu kim edib. Mənim üçün onun kim tərəfindən edilməsi əhəmiyyətli deyil. Bilirəm ki, Allah tərəfindən cəzasını alacaq. Onu deyə bilərəm ki, rektorla çox böyük incikliyim yarandı. Hadisəni eşidən kimi ərizəmi yazıb göndərdim. Bildirdim ki, ərizəmə qol çəksin. Düşündüm artıq orda işləyə bilmərəm.
– Niyə ərizə yazdınız ki?
– Qısa deyim ki, incidim. Səbələrini demək istəmirəm. Biz bir-birimizə qardaş, dost deyirdik. Heç olmasa ərizəmi alanda protokol xatirinə zəng edib təəssüf hissini bildirə bilərdi. Ən azı deyə bilərdi ki, kaş belə olmazdı. Reaksiyasız qaldı. Bu da məndə küskünlük yaratdı. İlk dəfədir danışıram bu haqda. Bilmirəm kim etdi bunu? Ən azı telefonla zəng edə bilərdi.
– Həmin video haqqında nə deyə bilərsiz? Keçmiş deputat yoldaşlarınız sizi qınadı. Buna münasibətiniz?
– Gəlin bu haqda heç danışmayaq. Kim tənqid edibsə özü bilər, öz işləridir. Bunu deyə bilərəm ki, mən qınanmalı idim, haqlı olaraq qınanmalı idim. Özümə haqq qazandırmıram. Amma məni kim qınamalı idi? Məni mənəvi haqqı olanlar qınamalı idi. Əksinə məni elə adamlar qınadı ki, onların heç mənəvi haqqı yox idi məni qınamağa.
– İndi nə ilə məşğulsunuz?
– Yaradıcılıqla məşğulam. 4 min manata yaxın təqaüd alıram. Mənə artıqlaması ilə bəs edir. Dövlətimizdən, prezidentimizdən çox razıyam. Bu yaxınlarda “Erməni şərəfsizliyi” adlı kitabım çıxıb. 10 ildir bu kitabın yazılması üçün araşdırmalar aparırdım. Osmanlı imperiyası dövründən bu günə qədər terror təşkilatları barədə araşdırmalar etmişəm.
– Əsərlərinizdə yaşlı kişilərin gənc qızlara olan sevgisindən yazırsız. Niyə bu mövzu Sizə maraqlı gəlir?
– Məhəbbətin yaşı olmur. Bu, nə vəzifəyə, nə yaşa, nə pula baxmır. Sevgi bir hissdir. Yazıçının fantaziyası olmasa yaza bilməz. Çox çətin bir peşədir. Yazıçılar yazmaqdan çox oxumalıdırlar. Gənc yazıçılara məsləhətim budur çox oxusunlar. İnsanları yalnız sevgi və məhəbbətlə dəyişmək olar.
– Əlinizdə ürək formasında döymə gördüm. Bunun tarixçəsi var?
– Əsgərliyə gedəndə nişanlım var di. Onun adına döymədir. Qayıtdıqdan sonra evləndik. Artıq balalarımız nəvələrimiz var. 50 ildir məni tanıyır. Məlum videoya da münasibəti neytral oldu. Əqidəmi, vicdanımı əxlaqımı yaxşı bilir. Rəhbər vəzifələrdə işləmişəm. Minlərlə qadın işçim olub. Qaz emalı zavodunun qadınları həmin video ilə bağlı saytların birinə böyük bir məktub ünvanladılar. Hər insanın həyatında kiçik qüsurlar olur. Yoldaşım mənə dedi darıxma, olan işdir. Sənin əxlaqına bələdəm. Lənət şeytana deyib, mövzunu bağladıq. Ailəmdə hər şey qaydasındadır.

Şərhlər
axsaq eşşəyin kor nalbəndi,belə iqtidarın Mirələmov.Siyavuş,Nəsirov kimi kadrları olar
Bu nə qədər sırtıq və abırsız "ADAMDIR"
Bəli düz deyir, əxlaq ortadadı: get şərəfdən başqa nə istiyirsən elə, sat, güd, xəbərlə, çal, bizə pıl gətir. Minlərlə şəhidin, qazinin önündə utanmır, ölüm buna azdır.
bu hələ sizin Mirələm haqqında gördüyünüzdür,indiyəcən digər elədiklərini biilsəniz dəhşətə gələrsiniz əsl Don Juan imiş bu kaftar ....
bu hələ sizin Mirələm haqqında gördüyünüzdür,indiyəcən digər elədiklərini bilsəniz dəhşsəniz
Danışmaq gümüşdürsə danışmamaq qızıldır...cənab Mirələmov...oki qaldı yoldaşının sənin əxlaqın haqqında söylədiklərinə bax bu mənə çatmır...o bağışlanası hərəkət deyil...birmənalı...amma çəkil bir bucağa danışma, dinmə...sus...
bu mirələm var ha!gedib Nargin və ya Kurkosa adalarında gizlənməlidir ki,ona hər görən o... deyib üzünə tüpürməsin!
Pensiya təyinatlarında olan bu haqsızlığa hökumət nə vaxt son qoyacaq.Axı hər bir insanın normal yaşama haqqı var.Necə olur ömrünü dövlətəxidmətdə keçirən mühəndis,həkim.iqtisadçı 250-300 manat pensiya təyin olunur.amma ömrü boyu rüşvətlə,oğurluqla.talançılıqla məşğul olanlara hökumət onlardan 5-10 qat artıq pensiya təyin edir.Bu necə qanun və necə demokratiyadır?..Mirələmov kimilər hansı haqla 4000 manat pensiya alır?
Əksinə məni elə adamlar qınadı ki, onların heç mənəvi haqqı yox idi məni qınamağa.Yaxşı niyə adlarını çekmirsən Çünki qorxaq insansınız Vəzifəyə görə hər şeyi udacaqsınız....İndi şərəfi qoruyan məmur 0 enib
Azərbaycanda hər kəsdə ikrah doğuracaq bu hadisə haqqında təkrar məqalə necə və neçəyə başa gəlib?
Hüseynbala müəllim,siz bu məsələnin ətrafında çox dolanmayın.Dolandıqca daha çox bulaşacaqsınız.O ki qaldı,hislərinizin digər əzaya--əllərinizə keçməsinə,bu da pis deyil.İnsanı xumarlandıran nə varsa gözəldir.Ancaq aşkar olsaydı,yəni kəbinli-filan etsəydiniz sizi heç kim qınamazdı.Bir də ki "hər aşiqin bir dövranı var"- deyiblər.YAP-dakıların hamısı üçün bu olacaq.
bu kaftar,siyavuş kimilər bizim millət vəkillliyinin simalarıdır. O deputatlar hamısı hərəsi bir formada bunlardandırlar
Öyrənmiş zada tövbə yoxdur (ATALAR MƏSƏLI)
Bir arvad ki, ərinin xəyanətini belə gülərüz, ıaglagı ilə yola verirsə əminəm ki........Həm də deyirsə ki, " sənə bələdəm"....Bildin ay dramaturq ki arvad o sözü deyibsə onun arxasında nə durur. ??????
Ayə dramaturq deyilən ....." Yoldaşım dedi, darıxma olan şeydir" sözünün arxasında nə fikir yaranır, anlamayan.... Hansı qadın ərinin belə hərəkətinə
Ay xatakar..İşi görüb günahı şeytanın üstünə atırsan.Bu şeytan sənin kimi alimdən, yazıçıdan, dramaturq dan, hələ bir 99 dəfə deputat " seçilən birisindən agıllıdırsa tüpürüm sənin butun titullarına.Bəuəm şeytan sənin əlindən tutub " ORAYA" sürtüşdürürdü hıy????Bu hesabla cəmi bir dəfə seçilən deputatlar görəsən neynir?.....
Ay xatakar.
... Məşədi İbad. Arvadın əlbəttə əxlaqına bələddir,özüdə neçə illərdi.
Hər halda bunun məsələyə başqalarına baxanda fərqli münasibəti, xeyli dərəcədə səmimi münasibəti təqdir edilməlidir. Bu məsələ ilə əlaqədar H.Mirələmov bir neçə dəfə Kİv qarşısında sualları cavablandırıb .
Açığı Hüseyinbaladan xoşum gəlməsə də nifrət də etmirdim.Məlum məsələ ortaya çıxanda da hamı kimi mən də özlüyümdə onu qınadım.Amma bu adam səmimiyyəti məndə fikir dəyişikliyi yaradır.Adam səhv edib və səhvini anladığı hiss olunur, arsızlıq edib müdafiə olunmur, cəzalandırır üçün şikayət edmir, cəzasını da layiqincə qəbul edib çəkir.Bundan sonra onu qınamağı düşünmürəm və onun səmimiyyətini alqışlayıram...
bu adam super sırtıqlardan imiş,o özünü asmasa el içində gəzməyə haqqı yoxdur
indi exlaqina dunya beleddi....
Bu traqikomediyadı
Utanmasan oynamağa nə var ki...bu boyda mərəkədən sonra, danışırsa, daha mənim sözüm yoxdur...
Leyli sözü söylə, caydırma...