İtaliyanın Bakuvi soyadlı şairi və Misirdəki Baku məbədi...

İlhami Cəfərsoy

İtaliyanın Roma dövrü şairlərindən biri Mark Bakuvi qədim türklərin Bakı nəslindən çıxmışdır. O, vergilidən sonra antik Romanın üç böyük şairindən biridir. Bu barədə o dövrün görkəmli alimi Mark Terensi Varron (e.ö. 116-e.ö.27) məlumat vermişdir.

Latın dilli mənbələrdə şair Mark Pakuvius (-us, -os yunan və latın dillərində kişi cinsinin adlıq hal şəkilçisidir) kimi təqdim olunur. Mark Bukuvi e.ö. 220-ci ildə Brundizi şəhərində doğulmuş, e.ö. 130-cu ildə 90 yaşında vəfat etmişdir.

Mark Bakuvi şair olmaqla yanaşı gözəl rəssam idi. Onun çəkdiyi bir şəkil Herakl məbədindən tapılmışdır və bu günədək qalır. 12 faciəsi natamam şəkildə bizə gəlib çatmışdır. Siseron Tuliy Mark Bakuvini Romanın böyük şairi adlandırır.

Bakı yanlız Azərbaycanda bir şəhərin adı deyildir. Qədim dünyanın elitar bir nəslinin adıdır. Onların adına eradan əvvəl II minilliyə aid Kayseri mixi yazılarında, qədim Misirin “Ölülər kitabı”nda Baku, Bakulu, Baki, Bakilər formalarında rast gəlirik.

Bakı nəslinin bir qolu Misirə köçüb, orada Baku məbədini tikmişdir. İngilis arxeoloqu Flinders Petri keçən əsrin əvvəllərində o məbədin qalıqlarını tapıb belə bir fikri irəli sürdü ki, Misirdəki Baku məbədi ilə İçəri şəhərdəki Qız qalasının bir çox parametrləri uyğun gəlir.

Mən bir neçə illik axtarışdan sonra “Bir Misir mifində günəşli Bakı” adlı məqalə yazdım. Ancaq heç bir elmi jurnal çap etmək istəmədi. Uzun müzakirələrdən sonra o yazı rəhmətlik akademik Vasim Məmədəliyevin rəyi ilə 2008-ci ildə AMEA-nın məruzələrində çap olundu.

Məni təccübləndirən o idi ki, professor Kamran İmanovdan başqa bir nəfər alim o yazı ilə maraqlanmadı. Halbuki Flinders Petrinin tapıntısından sonra Avropa alimləri keçən əsrin 20-30-cu illərində Misir-Qafqaz etnogenetik bağları haqqında neçə-neçə məqalə və tezislər yazmışlar.

Azərbaycan elmi fikrində ümumiləşmiş düşüncəyə görə Bakı şəhərinin adı İran panteonundakı Baq, yəni od kultu ilə bağlıdır. Əslində isə Sara Aşurbəylidən qaynaqlanan Baq Zərdüştilikdən qabaqkı Əhəməni inancına Şumerlə eyni dildə danışan Elam etnoslarının mifik düşüncəsindən gəlmişdir.

Qədim Elamın hakim nəsillərindən biri Bakili, biri Um Bakı idi. Onlar Elamın işğalından sonra Abşerona köçüb Bakı və Um Bakı yaşayış məskənlərini salmışlar.

Bundan başqa onlar Cənubi Qafqazın müxtəlif bölgələrinə yayılıb, Baku, Bakunik, Şah Bakı, Mosul Bakı yaşayış məskənlərini salmışdılar. Ermənilərin Ananiya Şirakatsi (VII əsr) adlandırdıqları Çıraq nəslindən Ana kultunun patriarxı yazır ki, Alagöz dağının ətəyində Baku adlı göl var. Həmin göl Bakunik mahalında yerləşir. 

Musa Xorenlinin tarixinin 1809-cu il çapının naşirləri həmin etnik-inzibati mahalı Bakunia adlandırırlar. Yazırlar ki, Bakunia Albaniyanın vilayətidir. Bakunik bakılı, Bakunia Baku nəslinin ölkəsi deməkdir.

Bakı nəsli yanlız Azərbaycanda və Anadoluda yox, Orta Asiyada da yaşayırdı. Buxaralı alim Hafiz Dərviş Əli Səngi (XVII əsr) yazır ki, Oğuzların Şax Bakı adlı bəyi vardı.

Əbülqazi Bahadur xanın yazdığına görə türkmənlərin Kukeli Baku adlı tayfa başçısı, Övliya Çələbinin yazdığına görə Osmanlıların Bakı paşa adlı Kars valisi olmuşdur. Eyni zamanda Əbülqazi Bahadur xanın titullarından biri Baki idi.

Bakı, baku, maku türk dillərində təpə deməkdir. (Mahmud Kaşğarı. C.III. 2006. S.214; Раgлов.1989.s.721), lakin hər təpəyə baku deyilmirdi. O təpələrə deyilirdi ki, üzü günəşə dan yerinə baxsın, ayağı Misirdəki Baku məbədi kimi suda olsun. Həmin məntiqlə yanaşanda Qız qalası üçdə biri suda olan qədim Baku məbədinin bünövrəsi üzərində ucadılmışdır.

Qədim Misirin Baku məbədi günış işığı və su tanrısının məbədi idi. O məbəddə Baku Kam adlı kahinlər otururdular. Maraqlıdır ki, Altay şaman əcdadlarından birinin adı Baku Kom idi.

Bizim yaratdığımız dövlətlərin və mədəniyyətlərin tarixi kiçik Azərbaycanda yox, ucsuz-buczaqsız Avrasiyada öyrənilməlidir. Ketenci oğlu Bakı paşanın timsalında Türkiyədə, şair Mark Bakuvinin timsalında İtaliyada tədqiq olunmalıdır.

Biz latınlara qədərki İtaliya, yunanlara qədərki Ellada, koptlara qədərki Misir mədəniyyətinin yaradıcılarıyıq.

635x100

Şərhlər

Ələmdar Məmmədov-hüquqşünas 2021-07-02 00:43:24

Hörmətli İlhami müəllim! Dəyərli yazınəza görə təşəkkür edirəm.Azərbaycanda yaradılan dövlətlərin və mədəniyyətlərin tarixi nəinki öyrənilmir,hətta əks istiqamətdə təbliğat aparələr.Ən təəccüblüsü odur ki,Azərbaycanın qədimliyini və böyüklüyünü göstərəndə bəzi alim və.s.sanki ilan vurur.Bir daha təşəkkürlər.

Ali 2021-06-28 11:18:42

Ilhami mellim, fikirlerivize ve yazilariviza hormetle yanashiram. Amma bu yazi hec vaxt elm ishi kimi qebul oluna bilmez veya tarixe bir baxish kimi. Bizim hec-kime hec ne isbat etmeye ehtiyacimiz yoxdur. Momune Xatun turbesinin yashi, dunyadaki butun olkelerden daha qedimdir. Tarixi oldugunu isbat elemeye calishanlar, ancaq ermeniler kimi tarixsizlerdir. Bu yerde, bizim oz ata sozlerimizden bir yadima dushdu, deyir, atava baxib, atama baxmaqdansa, sene bax - mene bax. Bizim kimi qedim-tarixi, kulturu, dili ve dini olan millet, tarixi olmayan amerikadan ne qeder geri qalir?

Son yazılar