Menu

Türkiyədə saxta içki zəhərlənməsindən ölənlərin sayı altıya çatıb

28.06.2021, 10:33
Türkiyədə saxta içki zəhərlənməsindən ölənlərin sayı altıya çatıb

Türkiyənin Tekirdağ vilayətində saxta içki zəhərlənməsindən dünyasını dəyişənlərin sayı altıya çatıb.

AZƏRTAC xəbər verir ki, şəhərin Çorlu rayonunda baş verən hadisə nəticəsində 17 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan altısını xilas etmək mümkün olmayıb. Digər 11 nəfərin müalicəsi davam edir. Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı beş nəfər saxlanılıb. Onlardan ikisi həbs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol