Menu

Gürcüstanda daha 352 nəfərdə COVID-19 aşkarlanıb

28.06.2021, 12:21
Gürcüstanda daha 352 nəfərdə COVID-19 aşkarlanıb

Gürcüstanda ötən sutkada koronavirusa 352 yeni yoluxma halı təsdiqlənib, 9 nəfər vəfat edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 363 874 nəfərin yoluxduğu müəyyən edilib, onların 5 275-i ölüb.

Son 24 saat ərzində 808, ümumilikdə isə 350 466 nəfər sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol