Yeni istifadəyə verilmiş tuneldə ağır yol qəzası baş verib
Bu gecə Bakı şəhərinin Nərimanov rayonunda baş vermiş ağır yol qəzasında dünyasını dəyişən sürücünün şəxsiyyəti məlum olub. Lent.az-ın məlumatına görə, Müzəffər Nərimanov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsindəki yeni istifadəyə verilmiş tuneldə "Toyota Land Cruiser" markalı avtomobilin qəzaya uğraması nəticəsində ölən şəxsin 1961-ci il təvəllüdlü Məmmədov Sabir Məmmədəli oğlu olması məlum olub. O, özəl şirkətlərdən birində çalışırmış və avtomobil də həmin şirkətə məxsus olub.


Şərhlər