Menu

Rusiya telekanalı Azərbaycana qarşı təxribat törədib

28.06.2021, 14:25
Rusiya telekanalı Azərbaycana qarşı təxribat törədib

Rusiyanın TVC (ТВ Центр) federal televiziya kanalında Azərbaycana qarşı təxribat törədilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, telekanalın efirində yayımlanan xəbərlər proqramında Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsindən "Zaqafqazskiy uzel" adlı reportaj efirə verilib.

Jurnalist Vera Kuzminanın müəllifi olduğu reportajda Dağlıq Qarabağ ayrıca ölkə kimi təqdim olunub. Azərbaycana qarşı təxribatçı fikirlərin yer aldığı reportajda Xankəndidəki erməni sakinlərlə müsahibələr də yer alıb.

V. Kuzmina reportajda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb, Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirakını təxribat adlandırıb.

Daha sonra jurnalist Dağlıq Qarabağda ermənilərin çoxunun Ermənistan deyil, Rusiya pasportu almalarını arzuladığını bildirib. Reportajda yer alan Xankəndinin erməni sakinləri müsahibələrində təhlükəsizlik üçün Rusiya vətəndaşı olmalarının və Qarabağın Rusiyanın tərkibində yer almasını istədiklərini vurğulayıblar. Beləliklə, Rusiyada erməni lobbisinin sifarişi ilə hazırlanan bu təxribatçı süjetdə üç məqam diqqəti çəkir: Jurnalist tərəfindən Dağlıq Qarabağın ayrı “dövlət” kimi təqdim olunması, erməni sakinlərin Rusiya vətəndaşlığı almaq istədiklərini qabartması və Azərbaycanın 44 günlük Vətən müharibəsini təxribat kimi qiymətləndirməsi.

Qeyd edək ki, TVC Moskva hökumətinin (meriya) kanalıdır.

Şərhlər

Niyaməddin 2021-06-28 19:58:45

Şərəfsizlər Şuşa bəyannaməsinin sancılarını biruzə verirlər. Türk ordusu Azərbaycana dərhal daxil olmalı, Xankəndi və digər ərazilər işğaldan azad olunmalıdır!

Özgür 2021-06-28 17:52:14

rusları eşik ağası kimi mindirmisiniz başımızın üstünə. Onlara demək lazımdır ki,yetər artıq!

Eli 2021-06-28 17:24:30

Evvela Tusiya kimdir ki,heç bir huquqa malik olmayan 30-35 min ermeniyi yaşaysn Azerbaycanın düz gbeyinde yerleşen erzite hansısa formada müdaxile etsin.İkincisi bunlar ele hümanist ,insanperverdirlerse 1 milliondan artıq ermeni yaşayan ölkelerinde onlara torpaq ayırıb istediyi statusu versin Qarabağdakı çaqqalları da yoğıb aparsın ora onsuz da gec ya tez orda bir dene de olsun ermeni qalmayacaq..Çünki bunlar qorxaq bir toplumdur be burunları nece lazımdır ezilin qaçacaqlar dünyanın her yerine ve onlar çox gözel bilirler ki biz heç neyi unutmamışıq ve unutmayacağıq.Uçüncüsü bunlar mövcud Beynelxalq qanunlara ıyğun olaraq mehkemeye berilmelidir başqa dövletin daxili işlerine qarışdıqlarıma göre.Bur de bu mesele üçün gerek onlar İlham Eliyevden ve Erdoğandan icaze alalar ki onlar da çz sözlerini deyib.Tak çto it hürer karban keçer.Bir de prezidentimixin öeşhur kelamı “Onları iti qovan kimi” qovarıq.

Eli 2021-06-28 16:59:54

Beynelxalq qanunlara uyğun olaraq bu kanal mehkemeye verilmelidir.İkincisi Rusiyada Qarabağda yaşayan ermenilerin sayından 40-50 defe artıq bu qırılmışlardan yaşayır .Bunlar ele humanist insanperverdirlerse ele ölkenin istenilen yerinde qoy onlara statısu olan erazi versinler gçrdk bunlar bu şerefsizlere bunu ederlermi.ERger bunlar bele haqq terefdarlarıdırlarsa niye Çeçenistands daşı daş ğste qoymadılar bu günedek de çeçenler seslerini çıxara bilmirler.Içuncüsü Rusiya ya onun galp p. m

esger 2021-06-28 16:37:21

Qələt edir köpək qızı. Donuz mordası indi yuxudan ayılıb. Ermeniyə ərə qedir, ya er5meni gohumlarının sifarəşini yerinə yetirir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol