“50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində tibbi maska tələbi mütləqdir. Çünki həmin məkanlarda yoluxma riski və COVID daşıyıcıları ola bilər. Bu, həm də onunla bağlıdır ki, 50 nəfərədək olan tədbirlərdə COVID-19 pasportu tələb olunmur”.
“Report”un xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə tibbi maska tələbi yoxdur:
“Çünki həmin məkana daxil olan şəxsin mütləq qaydada COVID-19 pasportu yoxlanılacaq”.
DİN rəsmisi bildirib ki, 50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil:
“Yəni, ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı əvvəlki norma necə idisə, həmin norma qüvvədə saxlanılıb”.


Şərhlər
Belə şərtlərlə toya jeç kim getməyəcək yaxud da heç kim toy etməyəcək.Bu operatlv qərarğah millətin əksinə işləyir.Belə şərtlərlə toylara icazə verməkdənsə heç verməsəsinlər.
Bu da hər gün bir açıqlama verir.Deyəsən qaydaları bu yoldaş yazır.Yemək vaxtı yox,oynayanda yox amma maska taxmaq lazımdır)) Gülməlidir deyilmi?
Bes yemek yeyende ? yani aqzina bir loxma atdun , hemen maska taxmalidi adam ? Cetin meseledi cooox cetin ,,,,,