HEMATOLOGİYA MƏRKƏZİNDƏ TOTAL YOXLAMA BAŞLAYIB – Rüşvət, mənimsəmə, saxtakarlıq...

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi, Maliyyə Nazirliyi və İcbari Tibbi Sıgorta Agentliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzində yoxlamalar aparır.

Məlumatlı mənbədən "AzPolitika.info"-ya daxil olan xəbərə görə, adıçəkilən Mərkəzin direktoru Valeh Hüseynov barəsində ünvanlanan çoxsaylı şikayətlərə dövlət qurumları, nəhayət ki, reaksiya verib.

Mənbə bildirib ki, V.Hüseynov direktor təyin olunan gündən Mərkəzdə ciddi qanunsuzluqlara yol verib. Küllü miqdarda dövlət vəsaiti talan edilib, işçilərin qanunsuz işdən çıxarılması, əmək haqlarının düzgün hesablanmaması və mənimsənilməsi, istehsal edilən qan və trombosit kütləsinin xəstələrə pulla satılması və s. faktlar dövlət qurumlarını hərəkətə gətirib. Mərkəzin adının çəkilməsini istəməyən əməkdaşı redaksiyamıza bildirib ki, direktor Valeh Hüseynov və Qan Bankının müdiri Qumral Ələkbərova təkcə istehsal edilən trombosit kütləsinin xəstələrə, xüsusilə COVİD-19-a yoluxanlara satılmasından 700 min manat gəlir əldə ediblər. "Bir vahid trombosit kütləsi xəstələrə 500-600 manata satılıb", - deyə mənbə vurğulayıb.

Mərkəz əməkdaşının verdiyi məlumata görə, bundan əlavə ailə qurmaq istəyənlərdən profilaktika məqsədilə talassemiya, SPİD və sifilis kimi analizlər artıq 3 aydan çoxdur ki, aparılmır, onlardan qan nümunələri götürülmür. Əvəzində cütlüklərə analizlərin aparıldığı haqda arayış satılır.

Mənbə iddia edib ki, son həftələrdə leykozların diaqnozu ilə bağlı da analizlər aparlmır. Nəticədə xəstələr diaqnozsuz qaldıqları üçün onlara kimyaterapiya müalicəsi tətbiq olunmur. "Bundan əlavə Valeh Hüseynov və onun komandası xəstələrə qarşı istehsal tarixi bitmiş dərman preparatlarından, analizlər üçün tarixi başa çatmış reaktivlərdən istifadə edirlər. Yoxlamanın gəldiyini görüb dəyəri milyonlarla ölçülən dərmanları və reaktivləri sındıraraq atıblar", - deyə məlumatda qeyd olunur. İnformasiyada o da vurğulanır ki, dövlət müəssisəsi olmasına baxmayaraq, direktor təyin olunan gündən Valeh Hüseynov Mərkəzdə kassalar yerləşdirib. Qeyri-qanuni yığılaraq orada toplanan pullar isə Valeh Hüseynov və onun komandası tərəfindən mənimsənilib. Mənbə qeyd edib ki, hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzində geniş yoxlamalar aparılır.

Redaksiyamıza daxil olan məlumatlarla bağlı adıçəkilən Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsi və Valeh Hüseynovun köməkçisi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, medianın sorğularına ancaq Mərkəzin tabe olduğu TƏBİB cavab verə bilər.

Ötən həftə TƏBİB-ə göndərilmiş informasiya sorğusu isə hələ ki, cavablandırılmayıb.

***

Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən keçirilən cari planlı yoxlamalar istisna olmaqla, qurumda heç bir araşdırma aparılmır.

"AzPolitika.info"

635x100

Şərhlər

Şəkili 2021-07-05 17:44:50

Bu yoxlamalar Şəkidə də aparılmalıdır ???

Əhmədli Leyla 2021-07-03 02:36:38

Bizdə Valeh Hüseynovun qəbulunda olmuşuq elə onu eşitmişik büdcədə pul yoxdu bəs indi haramlardan üzə çıxır!? Ancaq yola verməyə çalışırlar mərkəzdə donor yoxlanışları olsa bizim xaricə çıxmağa ehtiyacımız olmaz.Biz bir dəfə uşağın əmisin bibisin donor kimi yoxlanışa apardıq 400-500 manat pul istədilər axı biz dərdimizi hara deyək? Bu işlərin bir sonu olmalıdır.

Oxucu 2021-07-01 15:39:04

İranın elmi-tədqiqat institutlarında istifadə olunan cihazların əksəriyyəti bizdə mənəvi köhnəlmiş adı altında hesabdan silinmiş cihazlardırlar. Buyurun yoxlayın.

Cinare 2021-07-01 10:57:56

Menim qizim 5 aydi donoru taplib turkiyede emelyat olmamidir Dovletin xesdelercun ayridigi pulu bunlar yeyirmiw 4 aydir Valehin Afaqin ayagina duwmuwem mene komey edmediler buccede pul yoxdu deyib akassa bucceni ozleri bowaldib burnuvuzdan gelsin tokuldun sizin bu xesde balalarin haqqi

Könül 2021-07-01 00:31:19

Bütün Respublika bu Valehin hegemonluğunu an danışır. Qan bankında qani satıb ózəllərə qanın torbaları in pulunu Dóvlətə keçirməyib. Ózbasina pullu xidmət kassası qoyub 2017 min kóhnə sərəncamiyla biabırçılıq. İnsanların ahi yerdə qalmaz Allah górùr.

Könül 2021-07-01 00:27:36

Bu Valeh mərkəzdə qohumlarıma əl ələ verib Dövlətin pulunu yeyiblər. Bütün Respublika bu Valehin hegemonluğunu an danışır. Qan bankında qani satıb ózəllərə qanın torbaları in pulunu Dóvlətə keçirməyib. Ózbasina pullu xidmət kassası qoyub 2017 min kóhnə sərəncamiyla biabırçılıq. İnsanların ahi yerdə qalmaz Allah górùr.....

İradə 2021-06-30 18:58:12

Alıahdan qorxun.Bu insan kimi təmiz,vətənsevər,şərəfli,ləyagətli və savadlı həkim görmədik.O gələndən hər yerdə rüşvət və özbaşınaçılıg götürüldü.Evladlarımın ikusi de xestedir.Valeh doktor bütün uşaqlar üçün o gədər şərait yatatdı.

rasim quliyev 2021-06-30 11:45:39

Siz hele bir Hemkarlar ittifaqini yoxlayin milyonlarla pul yigilir amma ne olsun.Hara gedir o pullar?Nezr qutularina pul atilir QAFQAZ Muselmanlar idaresi eshitmemishem kimese komek etsin amma ne olsun Cexiyada ev almaq lazimdir

Muhuma 2021-06-30 08:55:58

Lap elaaa sevindim. Ruşvetxol. 100 il hebs lazim valehe.

musa 2021-06-29 23:51:52

cəza olacaq ? kimi vəzifəyə qoyurlar olur oğru .bunlar nə yeyir nə icir k,i belə azğınlaşır?

Rt 2021-06-29 21:41:03

Salam aleykum ) Allah gôrûr Vallahi ,,,

Helime 2021-06-29 18:21:28

Qan meselesi xesteler uchun problemdir. Xestenin yaxinlarindan 3 nefer qan vermese, qan almaq mumkun deyil. Kimsesiz xeste gelende, hekim bashini itirir ki, qani haradan tapsin. Hele gece vaxtlarinda gelirse ...........

Son yazılar