Menu

İndoneziya sahillərində gəmi batıb, ölənlər var

29.06.2021, 21:49
İndoneziya sahillərində gəmi batıb, ölənlər var

İndoneziya sahilləri yaxınlığında, Bali boğazında “KTP YUNİCEE” gəmisi batıb.

“Report” xarici KİV-ə istinadla xəbər verir ki, Yava adasının Ketapanq limanından Bali adası Gilmanuk limanı istiqamətində yola düşəndən bir qədər sonra batan gəmidə 15 nəfər heyət üzvü və 41 nəfər sərnişin olub.

Hadisə ilə bağlı Gilmanuk limanına gələn xilasetmə dəstələri gəmidən 23 nəfəri sahilə çıxarıblar. Bir neçə cəsədin də çıxarıldığı bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol