Menu

Abşeron sakini dənizdə boğulub

29.06.2021, 22:48
Abşeron sakini dənizdə boğulub

Abşeron rayon sakini dənizdə boğulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Novxanı çimərliyində qeydə alınıb.

Saray qəsəbəsi sakini, 1998-ci il təvəllüdlü Həşimov Məhərrəm Həşim oğlu dənizdə çimərkən batıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol