Menu

“Karabakh.Center” layihəsi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib" - Mikayıl Cabbarov

30.06.2021, 11:33
“Karabakh.Center” layihəsi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib" - Mikayıl Cabbarov

“Biz 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın azad edilməsinin şahidi olduq. Sözsüz ki, həmin ərazilərdə müşahidə etdiyimiz mənzərə XXI əsrin, bütövlükdə isə bəşəri dəyərlərlə üst-üstə düşmür”.

“Report”un xəbərinə görə, bunu Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov qurumun “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Karabakh.Center” layihəsi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib: “Bu layihə imkan verir ki, biz mövcud vəziyyəti gözümüzün qarşısına gətirək. Biz işğaldan azad edilmiş ərazilərdə abidələrimizin bərpa edilməsinin şahidi olacağıq. Artıq Prezident İlham Əliyevin tapşırığına əsasən, bu istiqamətdə işlərə başlanılıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol