Dövlət İmtahan Mərkəzi Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə daha əvvəl keçirilən imtahanlardan qeyri-məqbul qiymət alan abituriyentlər üçün növbəti şans yaradacaq.
"Report" xəbər verir ki, avqustun 12-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yenidən imtahan keçiriləcək.
İmtahanda iştirak etmək üçün qeydiyyat 29 iyul – 2 avqust tarixlərində aparılacaq.
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin daha əvvəl keçirilən imtahanlarda qeyri-məqbul qiymət alan abituriyentlərin nəzərinə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən onların da qəbul (o cümlədən qabiliyyət) imtahanlarında iştirakına şərait yaradılacaq.
Həmin abituriyentlər qəbul imtahanlarından sonra Azərbaycan dili (dövlət dili kimi) imtahanını verəcəklər. Abituriyentlər nəzərə almalıdırlar ki, imtahanlarda neçə bal toplamaqlarından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət aldıqları təqdirdə buraxılırlar.
Avqustda keçiriləcək Azərbaycan dili (dövlət dili kimi) imtahanında ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 20-də və ya iyunun 24-də keçirilən imtahanlarda iştirak edib qeyri-məqbul qiymət alan abituriyentlər, həmçinin hər hansı səbəbdən daha əvvəl keçirilən imtahanlarda iştirak edə bilməyən abituriyentlər buraxılırlar.


Şərhlər
Bunda məqsəd Ali məktəblərdə rüşvətə yol açmaq,savadsız mütəxəssis ordusu yaratmaq və gəncliyi zəhərləməkdir.əif,imtahandan keçə bilməyən abuturientə təkrar imkan vermək hansı ehtiyacdan yaranır? Rüşvət yığmaq,zəif universitetlərə yardım etmək,gəncliyi korlamaq.Başqa bir cəhət burada görünmür.Çünki qəbul imtahanından keçə bilmətyən əgər doğrudan oxuma qarzusundadırsa tniki peşə,litsey kimi yerlərə müraciət etsin,Yoxsa rüşvətlə universitetlərə soxulmasınlar.Bu ölkəyə zərərdir.Bunu DİM-də nəhayət anlamalıdr.
ƏVVƏLA UNİVERSİTETLƏRƏ QƏBUL VƏ İXTİSALAR DÖVLƏT PROQRAMI ÜZRƏ ÖLKƏYƏ TƏLƏBI OLUNAN SAYDA, KONKURSLA,SEÇİMLƏ OLMALIDIR.RÜŞVƏTLƏ VƏ MİN BİR YOLLA SƏVİYYƏSİZ "UNİVERSİTETLƏRİN" DOLDURULMASI,SƏVİYYƏSİZ TƏHSİLLƏ GƏNGLƏRƏ DİPLOM PAYLANMASI TƏCRÜBƏSİNƏ SON QOYULMALI,TƏHSİL MÖHTƏKİRLƏRİNİN QARŞISI ALINMALIDIR.BƏS DEYİLMİ FİKTİV DİPLOMLAR VERİB SONRA DA GƏNC NƏSLİ BAZARLARA,KARTOF,ALMA SATMAĞA MƏCBUR EDİRSİNİZ?BU PRAKTİKA SONA YETMƏLİDİR.GƏNCLƏRİN HƏYATINI KORLAMAQ DA ƏN AĞIR CİNAYƏTLƏRDƏNDİR.bGƏTYTTB
Təkrar imtahanlar rüşvətə açıq yol demək deyilmi?Təkrar imtahan hansı ehtiyacdan doğur?xı şagird imtahan verə bilmirsə onu sinifdə saxlamaq daha məqbul deyilmi?Çünki daha bir il təkrar oxuyar (təkrar bliyin anasıdır),daha hazırlıqlı və məsuliyyətli olar.B