Menu

Bakıda inşaat işlərinin 89 %-ni özəl sektor yerinə yetirir

30.06.2021, 15:51
Bakıda inşaat işlərinin 89 %-ni özəl sektor yerinə yetirir

Bu ilin yanvar-may ayları üçün Bakı şəhərində həyata keçirilən tikintinin əsas göstəriciləri açıqlanıb.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, bu ilin yanvar-may aylarında paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,3 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 6,3 %-ini əsaslı təmir, 6,2 %-ini cari təmir, 20,2 %-ini isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 89,3 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol