Menu

Elektrik enerjisi ilə bağlı əhali qrupu üzrə tariflərə dəyişiklik edilməyib - Tarif Şurası

30.06.2021, 18:22
Elektrik enerjisi ilə bağlı əhali qrupu üzrə tariflərə dəyişiklik edilməyib - Tarif Şurası

Azərbaycan Respublikası Tarif (qiymət) Şurası 30.06.2021-ci il tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirib.

Şuradan "Report"a bildirilib ki, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur:

"Bu tarifin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib".

Şərhlər

RT 2021-07-01 14:36:01

Derdeeeee ( yaziqiz !!!

t.ədalət 2021-07-01 01:40:28

Guya,iaşə obyektlərindəki artılm əhalinin cibinə girmək deyil?Sən işığı bahalaşdırırsan, yeməkxana və istehsal müəssisələri də satdığı məhsulun qiymətini qaldırır.Ümumiyyətlə,əlillərin müavinəti kəsmək,pensiyaçılara dava açmaq ,cərimələri,rüsumları artırmaq onu göstərir ki,ölkədə iqtisadiyyat yoxdur.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol