Ermənistanda parlament seçkisindən təxminən 10 gün keçsə də, Robert Koçaryan hələ də ağır məğlubiyyətdən özünə gəlməyib. Eks-prezident son açıqlamasında cəmiyyəti faktiki qanuni hakimiyyətə qarşı itaətsizliyə və inqilaba çağırıb.
Onun “il yarımdan sonra Ermənistanda erkən seçkiyə tələbat yaranacaq, biz bu hakimiyyəti sakit buraxmayacağıq” cümləsi də bundan xəbər verir.
Ermənistanda prosesləri şərh edən politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın müharibədə ağır məğlubiyyətlə üzləşsə də, təzyiqlər qarşısında istefa vermədiyinə diqqət çəkir: "O, dözdü, sadəcə məcburiyyət qarşısında müharibədən 6 ay sonra parlament seçkisi təyin etdi. Seçkidə yenə qələbə qazanan və özgüvəni artan Paşinyanı bundan sonra müharibə istisna olmaqla yenidən erkən seçki keçirməyə heç nə vadar edə bilməz".
Ekspert hesab edir ki, buna baxmayaraq, Paşinyan qarşısındakı əsas maneəni – Koçaryanı neytrallaşdırmaq barədə düşünməlidir və təsadüfi deyil ki, keçmiş prezidentə qarşı yenidən məhkəmə işinin başlaması haqqında xəbərlər dolaşır: "Bu Paşinyanın Koçaryanın təxribatçı açıqlamalarına cavabıdır. Doğrudur, hazırda deputat mandatına malik olan Koçaryanı həbs etmək elə də asan deyil. Ancaq Koçaryan həddini aşarsa parlamentdə səs çoxluğuna malik Paşinyan eks-prezidentin deputat toxunulmazlığını ləğv edə bilər".
Politoloq xatırladır ki, Robert Koçaryan son açıqlamasında yenə eyni fikri təkrarlayaraq Paşinyanı durdurmayacaqları halda Ermənistanın Azərbaycana və Türkiyəyə təslim olacağını iddia edib.
Şahinoğlunun sözlərinə görə, biz ağıl oyunlarında elə etməliyik ki, 2 nəticəyə hasil olaq:
"1. Koçaryanın dediyi kimi addım-addım Ermənistanın Azərbaycan və Türkiyədən asılığını təmin etməliyik;
2. Bu siyasəti apararkən Rusiyanın və onun Ermənistandakı Koçaryan kimi əlaltılarının təsir imkanlarını minimuma endirməliyik".
"AzPolitika.info"


Şərhlər
Bu qoduğu tutmaq lazımdır.İndi nəyi gözləyirik?
Hörmətli gənc haqq şərhçisi, R.Köçəryan kimi anti-Azərbaycan cinayətkarları ən geci 1994-95ci illərdə mühakiməyə çağırılsaydılar, bizim Qarabağ da, onlar da çoxdan azad olmuşdular? Şöhrət siyasətiniin "görmədiyi" hüquqlar?