Menu

"Pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur" - DSMF direktoru səbəbini açıqladı

30.06.2021, 23:14
"Pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur" -  DSMF direktoru səbəbini açıqladı

Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov Azərbaycanda pensiya yaşının çox olması barədə fikirlərə münasibət bildirib. 

O, pensiya yaşına yenidən baxılması barədə təkliflərə belə cavab verib: "Pensiya yaşı bir çox amillərlə bağlıdır. Belə ki, bunlara ölkədəki demoqrafik vəziyyəti, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərin sayını, ölkə üzrə orta ömür uzunluğunu, gözlənilən pensiya ödənişi aylarının sayı ilə faktiki pensiya ödənişi aylarının nisbətini və.s göstərmək olar.

Ümumiyyətlə, hazırda beynəlxalq təcrübədə əsas prioritet işçilərin əmək bazarında qalmasının stimullaşdırılmasıdır. Qeyd edim ki, hətta bir çox Avropa ölkələrində pensiya yaşı ya 65, bəzi hallarda 69, yaxud da mərhələli şəkildə 65 yaşa çatdırılır.

Əgər biz rəsmi statistik məlumata baxmış olsaq, o zaman 2018-ci ilə münasibətdə orta ömür uzunluğunun 2,2 il, 1990-cı ilə münasibətdə isə 4,7 il artdığının şahidi olarıq.

Pensiyaçılarımızın yaş strukturu üzrə də baxdıqda görmüş olarıq ki, bu gün onların təxminən 26 faizi 12-15 il arası, 35 faizi 15-20 il arası, təxminən 30 faizi 20-30 il arası pensiya alır. Digər tərəfdən, yaşa görə pensiyaçıların strukturuna baxdıqda, görmüş olarıq ki, yaşa görə pensiya alanların 97 faizdən çoxu 12-35 il arası pensiya alır.

Bu göstəricinin özü o deməkdir ki, ölkəmizdə pensiya sahəsində kifayət qədər humanist yanaşma var. Həm pensiya sisteminə keçid, həm də pensiya hüququ əldə edib davamlı pensiya ödənişi almaq üçün yumşaq şərtlər nəzərdə tutulub. Bu baxımdan, hazırda pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur".

İqtisadçı Rövşən Ağayev Fond rəhbərinin dedikləri şərh edərkən, ondan həmin informasiyanın ardınca bəzi məlumatları da ictimaiyyət üçün açıqlamasını təklif edib: "Məsələn, hazırda pensiya alanların yaş strukturu necədir? 50 yaşadək, 50-55, 55-60, 60-65, 65-70, 70-75 yaş intervallarında, 75 yaşdan yuxarı pensiya alanların sayı nə qədərdir?

Hazırda pensiya alanların neçə nəfəri güzəştli və erkən pensiya hüququ qazanmış şəxslərdir, hansı hissəsi normal yaş tələbilə pensiyaya çıxanlar?"

İqtisadçı bildirir ki, bu məlumatlar olmadan açıqlanan 12-35 il pensiya almaqla bağlı arqument əsaslı deyil: "Aydındır ki, erkən yaşda pensiya hüququ qazananların sayı nə qədər çox olacaqsa, pensiyanı daha uzun müddətə alanların da xüsusi çəkisi yüksək olacaq. Pensiyanı alma müddətilə pensiya yaşı arasında əlaqə bialvasitə normal yaşda pensiya hüququ qazananlara münasibətdə maraqlıdır - bütün pensiya alanlara deyil".

"AzPolitika.info"

Şərhlər

JJ 2021-07-01 14:33:54

Bu Himalayi gorum ele Himalay dagindan yixilsin!

Əli 2021-07-01 12:28:14

Rövşən müəllim! Çox sağ olun!

Bəhruz 2021-07-01 11:36:05

Yəqin ki, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov Rövşən Ağayevin şərhindən xəbərsiz deyil. Onun qeyd etdiyi məqamlara münasibət bildirsə çox yaxşı olardı.

Veteran 2021-07-01 10:22:39

Rövşən müəllim Sizinlə100% razıyıq.

Veteran 2021-07-01 10:21:38

Bu direktor bəs əhalinin 99.9% -nin yaşam tərzinin Avropa standarlarına çatdılımasıdan danışmır.

Veteran 2021-07-01 10:12:03

"CƏNAB" Himalay sən ehtiyaz nə olduğnu bilirsənmı ....pullarla Avropada kef şəkirsiniz.Amma cammat ZÜLM çəkir.Sənsizdə bu məsələyə əvvəl-axır baxacaqlar.55-60 yaş reallığa daha yaxındır.Pulda nə qədər desən var...

Aborigen 2021-07-01 09:38:55

Mən belə hesab edirəm ki, pensiya yaşının ən azı 70-ə qaldırmaq lazımdır. Əgər belə olarsa əhali pensiya almaq üçün daha uzunömürlü olmağa çalışacaq və buna görə də sağlamlığına, qidalanmasına və digər amillərə ciddi fikir verəcəkdir. Və nəticədə orta yaç 100-dəd keçıcıkdir. Mən təklif edirəm ki, ağayev rövşənə və onun həmkarlarına bu başdan mukafatdan zaddan verilsin ki, onlar ruhdan və gözdən düşməsinlər.

pensioner 2021-07-01 09:37:52

DSMF direktoru anekdot danışır,onun hesablamasına görə pensionerlərin mütləq əksəriyyətinin yaşı 80-dən yuxarıdır

esger 2021-07-01 09:05:43

Pensiyaçıxmasını niyə orta ömür uzunluğu ilə baglayırlar. 60 yaşa qədər insanda min cür xəstəlik əmələ gəlir, insan nə vaxt özünə baxmalıdır. Özüdə bu yaşda işləmək yalnız məmurlara sərf edir, onlar sərbəstir, istədiyi vaxta müalicə olunur, xaricə qedir, lazımı dərmanları tapır və sayrı.Kəsıblar isə pensiya yaşına çatmamış qəbstanlığa düşür. Yaxşı olardı ki, cənab Məmişov gəbrstanlığa gedib statistika aparardı 50-65 yaşında ölənlərin sayı nə qədərdi.

Niyaməddin 2021-07-01 00:10:39

Rövşən Ağayevə təşəkkür edirik, minnətdarıq.

Oxucu 2021-07-01 00:09:00

Türkiyədə, Gürcüstanda və s.pensiya yaş həddi 60-dır... Rusiyada pensiya yaş həddi 60,5 dir.... Avropa ölkələriynən müqayisə aparırsınız... Avropada bir saat işləsən, gününü əhval-ruhiyə ilə keçirmək mümükündür.... İnformasiya əsrində yaşayırıq, ona görədə xalqa yalan məlumat verməyin ? Xalqın gözü tərəzidir deyiblər ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol