Azərbaycan Yazıçılar Birliyində (AYB) yeni kadr təyinatları olub.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza “Report”a bildirib ki, Rəşad Məcid AYB sədrinin müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu birliyin katibləri təyin olunublar.
Onun sözlərinə görə, bundan əlavə, Sayman Aruz AYB sədrinin müşaviri təyin edilib.
Qeyd edək ki, daha əvvəl R.Məcid təşkilatda gənclər üzrə katib, E.Hüseynbəyli sədrin müşaviri, Səlim Babullaoğlu isə Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin vəzifəsində çalışıb. S.Aruz isə Güney Azərbaycan komissiyasının sədri olub.


Şərhlər
Azərbaycan Yazıçılar Birliyi deyilən qurum sovetlər dövrünün mirasıdır.Bu təşkilatın hələ də mövcud olması onu göstərir ki,hələ də marksizm-leninizm deyilən düşüncənin tərəfdarları var və onlar rus müstəmləkəsinin xiffətini çəkirlər.