Menu

GİRİŞ 5 MANAT, MAŞIN SAXLAMAQ VƏ ŞƏLALƏYƏ BAXMAQ 1 MANAT... - Oğuzda meşəyə girişi kim pullu edib? + VİDEO

01.07.2021, 16:10
GİRİŞ 5 MANAT, MAŞIN SAXLAMAQ VƏ ŞƏLALƏYƏ BAXMAQ 1 MANAT... - Oğuzda meşəyə girişi kim pullu edib? + VİDEO

Azərbaycanda rəsmi şəxslər daxili turizmin inkişafı iə bağlı hər nə qədər ağız dolusu danışsalar da, yerlərdəki mənzərə acınacaqlı olaraq qalır. Qiymətlər baha, xidmət və keyfiyyət isə aşağıdan da aşağı.

“AzPolitika.info” xəbər verir ki, son günlər sosial şəbəkələrdə Oğuz Rayonu Xal-xal kəndi ərazisindəki istirahət mərkəzində baş verən özbaşınalığa dair kadrlar geniş yayılıb. Həmin kadrlardan məlum olur ki, Xal-xal meşəsinin şəlalə olan hissəsinə girişdə həmin ərazidə restoranı olan şəxs əməlli-başlı “post” quraşdırıb. 

Kadrlardan da göründüyü kimi, xüsusi turniket qoyularaq, əraziyə daxil olanlardan pul yığılır – meşəyə giriş 5 manat, maşın saxlamq və şəlaləyə baxmaq isə ayrı-ayrılıqda 1 manatdır. Restorandakı qiymətlər də ki, od tutub yanır.


Bu cür haqq yığılmasının nə dərəcədə qanuni olduğunu bir tərəfə qoyaq –bunun adını “qoçuluq”, “yolkəsənlik” və s. qoya bilərsiniz. Söhbət həm də müvafiq dövlət orqanlarının bu biabırçılığa nəyinsə qarşılığında göz yummasından gedir. Belə bir mənzərənin fonunda hansı daxili turizmdən və onun inkişafından söz gedə bilər?

Yeri gəlmişkən, kadrda adı çəkilən “İsgəndər müəllim” Makedoniyalı İsgəndər yox, rəsmən istirahət mərkəzinin sahibi sayılan İsgəndər İsgəndərzadədir. Ancaq orada əsas söz sahibinin Yunis İsgəndərov adlı sahibkar olduğu bildirilir.

Cəlal

“AzPoıitika.info”   


Şərhlər

İsgəndər 2021-07-02 19:12:49

Vallah mənim deyil xalxal meşəsi))) yayqin kefli isgəndərindir

veli 2021-07-02 15:23:38

ona gorada insanlar turkiyaya uz tutur bizde cox bahadir hara bir yera yiyalanib deyir manimdir ona gorada istadiyi qiymati qoyur meselan makedonyali isgandar kimi biz hara gedirik iskandarlarin elinda qalmissiq

Eldəniz 2021-07-02 14:40:53

Təbiəti Allah yaradıb insanlar üçün amma gördüyümüz mənzərə isə bunun tam əksini isbat edir . Meşə massivləri pis günə qalıb ,çaylar quruyur bunların hamısı ekoloji fəlakəte gətirin çıxaracaq..Bu haqda fikirlesen belə yoxdur ...Vergi ödəməkdən iş bitmir - bu təbiəti məhv edilirsə göz görə görə bir neçə ildən sonra Kürdəmir səhrasına donecek ora ...Sonra gec olar cənablar düşünün , pul qazanmaq naminə təbiətə divan tutmaq olmaz ...

Rauf 2021-07-02 11:13:10

Hər gün Abşeron çimərliklərində yüz minlərlə insan istirahət üçün gəlir, hasarlanmış bu çimərliklərdə "xidmət haqqı" yığılır. Heç birində nə kassa nə terminal var.

Rauf 2021-07-02 11:00:12

Bakının bütün çimərlikləri bu qayda ilə zəbt olunub.Sahilə kəndir tros çəkib hər maşından 5manat alırlar, məcburi dilənçilər.xidmət göstərəndə pls sol stul 20 manat

Rahib 2021-07-02 08:12:44

Gungulya getmək daha rahat olar .xal xala getməkdən hələ bir şəki öguz yolu pis gündədir bir salamat yol varda ordada yol polisi timsah kimi hazır dayanıblar.gölə çatmaq ücün şirlərdən timsahlardan keçmək lazim gəlir .

RT 2021-07-02 06:48:24

Dedesinnen qalibdaaa meshe shelaleee (((( iHaram xoshunuz , onsuzda dermana veressiz

RT 2021-07-02 06:46:42

Derdeeee ,,,, yaziqiz (((((

Niyaməddin 2021-07-02 00:22:15

Meşə, dəniz, çay və otlaqlar xalqa məxsusdur. Bunlar təmiz özlərindən çıxıblar...

Ugur 2021-07-01 17:21:46

Azerbaycanda turizm Cox bahadir. Bu yaxinlarda ismayilli qebele yolunda Ridimink deyilem yerde yemek yedik. Dehşet Baha idi. Ona göre de ehali Gürcistan'a uz tutur. Qiymetleri aşağı salin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol