Menu

“Hazırda “Delta” ştammı peyvənd olunmayanlar arasında sürətlə yayılır” - ÜST rəhbəri

02.07.2021, 09:57
“Hazırda “Delta” ştammı peyvənd olunmayanlar arasında sürətlə yayılır” - ÜST rəhbəri

“Hazırda koronavirusun “Delta” ştammı azı 96 ölkədə mövcuddur və peyvənd olunmayanlar arasında sürətlə yayılır.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə bildirib.

Onun sözlərinə görə, “Delta” müəyyən edilmiş COVID-19-un ən yoluxucu variantıdır: “Koronavirusun yayılmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməliyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol