Menu

İsrailin ticarət gəmisi Hind okeanınında vuruldu

04.07.2021, 00:59
İsrailin ticarət gəmisi Hind okeanınında vuruldu

Hind okeanınında İsrailə məxsus ticarət gəmisinə silahlı hücum olub. Bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat verib.

İlkin məlumatlara görə, silahlı hücumdan sonra gəmidə yanğın başlayıb.

Hadisə gəminin Səudiyyə Ərəbistanı limanından Birləşmiş Ərəb Əmirliklərinə doğru hərəkəti zamanı baş verib.

İsrail tərəfi insidentə hələlik rəsmi münasibət bildirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol