Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A319" təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.
"Azərbaycan Hava Yolları" QSC-dən "Report"a verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.
Təyyarə Bakı vaxtı ilə saat 08:01-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.
Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.


Şərhlər
Azal biletləri od qiymətinə satır, amma xidmət 0. Od qiymətinə bilet satmaq əvızinə texniki məsələləri həll edin can daşıyırsınız.bu artıq neçənci haldır artıq təyyarələrdə texniki problem yaşanır