DÜNYANIN TÜRKLÜK QORXUSU



Ramazan SİRACOĞLU
Dünya tarixinin yazılı qaynaqlarının məlumatına görə, indiyə qədər türklər 114 dəfə dövlət qurmuşlar. Maraqlıdır ki, dövlət yaratmaqda çox bacarıqlı olan türklər, həmin dövlətlərini ya öz əlləri ilə dağıtmış, ya da onların yox olmasının başlıca səbəbkarı elə özləri olmuşlar.
Hun türklərinin eramızdan öncə, 1760-cı ildə müstəqil dövlətləri olduğu və bu dövlətin 2 min ildən artıq öz varlığını sürdürdüyü barədə Çin qaynaqlarında bilgilər vardır. Kuman, Saka, Göktürk, Tabqac, Xəzər, Toha, Qarluq, Peçeneq, Bulqar və onlarca digər türk boyları tarixdə iz qoymuşlar. Türklərin 16 imperatorluğunun olması bir gerçəkdir, amma, Səfəvilər, Məmlüklər, Əyyubilər, Baburilər və Qutluq dövlətləri də bu siyahıya əlavə edilsə, imperatorluğun sayı 21-ə yüksələr.
Türklərin hərbi qüdrəti ilk növbədə onlarla qonşu dövlətləri qorxuya salmışdı. Məhz bu səbəbdən İslam Peyğəmbərinin öz tərəfdarlarına söylədiyi “ اتْرُكُوا التُّرْكَ مَا تَرَكُوكُمْ- Utruku turkə ma tərkukum - Türklər sizdən uzaq durduqca, türklərdən uzaq durun” xəbərdarlığı məşhurdur (Bax: http://islamport.com/w/amm/Web/2569/10472.htm الكتاب: أرشيف ملتقى أهل الحديث ).
Türklər tarixdə çox millətlərlə - çinlilərlə, farslarla, ərəblərlə, yunanlarla, ruslarla, italyanlarla, ingilislərlə, fransızlarla, ispanlarla, isveçlərlə və digərləri ilə döyüş meydanlarında dəfələrlə vuruşmuşlar. Demək olar ki, dünya millətlərinin əksəriyyətində türk əsgərlərindən bir ömürlük həzin xatirələr qalmışdır.
Sultan Mehmet Fatihin komandanlığı ilə türk ordusunun 29 may 1453-cü ildə Şərqi Roma - Bizans imperiyasının varlığına son verməsi ilə dünyanın orta əsr çağı tamamlanmışdı. Türklərin hərbi gücünə tab gətirməyən Avropa dövlətləri o zamandan ideoloji anti-türk hərəkatına başlamışlar. Avropa ölkələrinin kilsələrində “missa contra Turcos - Türklər əleyhinə ayinlər" - adlanan tədbirlər keçirilməsinə start verilmişdi. Bu dini mərasimlərdə dinləyicilərə türklərin qəddarlığı haqqında moizələr oxunur və onlara təlqin edilirdi ki, türklərə ancaq xristian biriyi sayəsində qalib gəlmək olar ( Bax: A. Kirkman. The cultural life of the early polyphonic mass. Cambridge University press, 2010, p. 121).
Türklər öz ərazilərini genişləndirdikcə avropalılar da eyni templə anti-türk təbliğatının vüsətini artırırdılar. Məsələn, XVI əsrdə Avropa ölkələrində türklərin əleyhinə təqribən 2500 yazı nəşr olunmuşdu. Bunlardan minə qədəri alman dilində yazılmışdı. Məqsədi türklərə qarşı hamıda kin və nifrət hissi aşılamaq olan bu yazılarda türklər qəddar, mədəniyyət düşməni və cahil olaraq təqdim olunurdular. Məsələn, 1683-cü ildə Avstriyanın paytaxtı Vyana şəhərindəki Müqəddəs Stefan kafedral kilsəsinin (St. Stephen's Cathedral) girişində türklərə qarşı xaç yürüşündə iştirak etmiş katolik rahibi Covanni Kapistranonun (1386-1456) heykəli qoyulmuşdur. Rahibin ayaqlarının altında cahadda ağır yaralanmış, can verən türk döyüşçüsü var. Heykələ türklər və islam Peyğəmbəri haqqında çox ağır, təhqiramiz yazı da həkk olunmuşdur. Həmin yazı 1945-ci ildən sonra mərmər həykəldən silinmişdir (Bax: Andre, Gingrich (April 2015). "The Nearby Frontier: Structural Analyses of Myths of Orientalism").

Avropada, xüsusən Almaniyada, kilsə islahatçısı kimi tanınan, lütəryanlığın banisi sayılan Martin Lütər (1483-1546) o dönəmlərdə qızğın şəkildə türklər əleyhinə təbliğat aparanlara başçılıq etmiş, xristianlığı yox etmək işində türkləri "İblisin yardımçısı", "Dəccalın müttəfiqi" saymışdır ( Bax: Foley Sean. "Muslims and Social Change in the Atlantic Basin". Journal of World History. 20 (3), 2009, p. 377 ).
Osmanlı sultanı IV Mehmedin zamanında (1642-1687) Avstriya, Venetsiya və Polşa birləşərək Osmanlıya qarşı hücum etmiş, 1683-cü ildə bir sıra yerləri ələ keçirdikdən sonra Avropa xalqları öz karnavallarında geyindikləri qiyafətlərlə türkləri təhqir etməyə başlamışdılar. Məsələn, isveçli keşiş Erland Driseliusun 1694-cü ildə nəşr olunan kitabında türklər xristianlığın qəddar düşməni olaraq təsvir edilmişdi (Bax: Turkey, Sweden and the European Union. Stockholm, April 2006, p. 7). 1795-ci ildə İsveç məktəbliləri üçün nəşr olunan kitablarda türklərin dini etiqadları və Quarani-Kərim haqqında iftiralar əks etdirən məlumatlar verilmişdi.
Avropa dövlətləri Osmanlı dövlətinə qarşı çıxış edən bolqarlar, serblər, xorvatlar, polyaklar, yunanlar, ermənilər, çernoqoriyalılar, albanlar, çexlər və digər etnik qrupları açıq-aşkar dəstəkləyir, bütün mümkün vasitələrlə dünya ictimaiyyətində türklər əleyhinə müntəzəm kampaniya aparırdılar. Bu işdə din xadimləri, ədəbiyyatçılar, rəssamlar və bəstəkarlar fəal mövqe tuturdular. Çarlz Darvin, Cüzeppe Qaribaldi, Vilyam Şekspir, Oskar Vayld, Migel de Servantes, Viktor Hüqo, Fyodr Dostayevski, Corc Bayron, Ernest Heminquey kimi tanınmışlar öz oxucularına türklük qorxusu körükləyənlərdən olublar.
Məsələn, türklər haqqında ağır ifadələr işlətmiş ispan yazıçısı Migel de Servantes (1547-1616) 7 oktyabr 1571-ci ildə baş vermiş İnebahtı dəniz döyüşündə (ispan qaynaqlarında- Batalla de Lepanto) türklərə qarşı vuruşanda sol qolundan yaralanmış və 5 il əsirlik həyatı yaşamışdır. Türklərə qarşı vuruşacaq xaçlı yürüşünə kapitan rütbəsində könüllü olaraq qatılan Migel de Servantes “Don Kixot” əsərində “xunxar türklər”dən qisas almaq fürsəti yaxaladığı üçün taleyinə minnətdar olduğunu yazmışdır. Türklərlə döyüşdə sol qolunu itirən Servantes ömrünün axırınadək “El manço Lepanto- İnebahtı əlili” ayaması daşımışdır.
“Səfillər” əsəri ilə tanınan fransız ədibi Viktor Hüqo (1802-1875), “Uşaq” (“L’Enfant” ) şeirində türklərin, guya, barbar olduğunu isbatlamaq istəmişdir: Türklər keçib ordan, hər yer darmadağın, matəm içində (Les turcs ont passe là. Tout est ruine et deuil).
Fransız ədibi və filosofu Volter (əsl adı: Fransua Mari Arue idi -1694-1778) Rusiya-Osmanlı müharibəsində (1768-1774) rus imperatriçası II Yekaterinaya yazdığı məktubda “Ülya həzrətləri, türkləri öldürərək mənə yenidən həyat verirsiniz. Siz Avropanın gücünü aldınız. Türk dilini və bu dildə danışanları Avropadan sürgün etmək gərəkdir. Türklərin hamısının kökünün qazıldığını görmək istərdim” ifadələri və bundan daha ağır fikirlər bildirmişdir.
Prussiya kralına yazdığı məktubda isə həmin filosof “Yunanıstana zülm edən türklərdən hər zaman nifrət edəcəyəm”, – deyə bəhs etmişdir.
Başqa bir fransız ədibi və filosofu Şarl Lui Monteskyö də (1689-1755) türklərə qarşı həqarət dolu sözlər sərf etməkdən çəkinməmişdir. Onun İsveçrədə imzasız nəşr etdirdiyi “Qanunların ruhu haqqında” (De l’esprit des loix) traktatında türklər barədə böhtan və iftiralar dolu fikirlər əks olunmuş və türkləri “dünyanın ən çirkin insanları” şəklində təsvir etmişdir. İngilis romantizminin öncüllərindən Corc Bayron (1788- 1824) türklərə qarşı vuruşub türk qanı axıtmaq üçün könüllü olaraq yunanlar tərəfdən savaşa qatılmışdı.
Psixi problemləri olan, əyyaş həyat tərzinə düşkün rus yazıçısı F.M.Dostayevski (1821- 1861) “Karamazov qardaşları“ əsərində bir nəfər bolqardan eşitdiyi sözlərə inanaraq türklərin bolqarları yandırdıqlarını, doğradıqlarını, qadınlara və uşaqlara təcavüz etdiklərini, məhbusları qulaqlarından hasara mıxladıqlarını yazmışdır ("Турки жгут, режут, насилуют женщин и детей, прибивают арестантам уши к забору).
Kommunizmin banilərindən sayılan Fridrix Engels (1820-1895) Kiçik Asiyada məskunlaşan türklərə qarşı öz nifrətini açıq şəkildə bildirməyə tənbəllik etməmişdir: “Avropanın ən gözəl torpaqları mədəniyyətsizlərdən qurtulacaqdır”.
Yeri gəlmişkən, I Dünya Müharibəsi zamanı, 11 yanvar 1915-ci ildə Moskvadakı Tver meydanında təşkil olunmuş “Slavyan günü” mitinqində coşan mitinq iştirakçıları çar II Nikolaydan Çarqradı (yəni İstanbulu) ələ keçirməyi, İstanbuldakı Aya Sofyanın qübbəsinə xaç sançılmasını təmənni edirdilər.
Şəkildə “Крест на Святую Софию” transparantı diqqət çəkir. Tver meydandakı heykəl isə 1877-1878 Rusiya-Osmanlı müharibəsinin qəhrəmanı hesab edilən general Mixail Skoblevin heykəli idi. V.İ.Leninin əmri ilə bolşeviklər o heykəli 1 may 1918-ci ildə yıxdılar. Bu gün efirə püskürən Kanareykin də (soyadını qəsdən sinonim sözlə dəyişdirdim), Dumanın qocaman sakini, prezident seçkilərinin əbədi uduzanı da - “долгоиграющий проигрыватель” (ruslar qramofon vallarını səsləndirən cihaza da belə deyirlər ) – elə o yüz il öncəki mitinq iştirakçılarının söylədiklərini təkrarlayırlar.

Avropa ölkələri birmənalı şəkildə türklərin Anadoluda məskunlaşmasını qəbullana bilmir. Hər vəchlə onun başını daxili problemlərlə qarışdırmağa, iqtisadi çətinliklər burulğanında çabalamağa məcbur etməyə, etnik çatışmalarla boğmağa çalışırlar. Avropalıların bir xristian təəssübkeşliyi var, ona görə də xristian birliyi olan Avropa birliyinə Türkiyənin daxil olmasına imkan vermirlər. Təsəvvür edirsinizmi, Moldova və Gürcüstan pasportu olanlar heç bir problem olmadan istədikləri Avropa ölkəsinə vizasız getmək hüququna sahibdirlər. Türkiyə və Azərbaycan pasportu olanların isə belə hüququ yoxdur. Gərək müvafiq səfirliklərə müraciət edib, bəlkə müsbət cavab verdilər ümidi ilə aylarla gözləyəsən. Avropa dövlətləri kimi, fars və ərəblərin də türklərə qarşı münasibətləri soyuqdur.
Uzun zaman aparılmış anti-türk təbliğatı nəticəsində türk kökənli insanların bir qismi öz milli mənsubiyyətini, sözün əsl mənasında, unutmuşdur. Onlar türk adı eşidəndə diksinirlər. Çoxları TÜRK dedikdə yanlışlıqla sadəcə Anadoluda yaşayanları düşünürlər, halbuki türklərin böyük hissəsi Anadoludan kənarda - Orta Asiyada, Sibirdə, Doğu Türküstanda, Çində, Uralda, Volqaboyunda, Cənubi Qafqazda, Yaxın və Orta Şərqdə yaşayır. Siyasət və linqvistika tamam fərqli qavramlardır. Biz qürurla və məntiqlə “Bir millət, iki dövlət” deyirik. Türkiyə və Azərbaycan, həqiqətən də “bir millət, iki dövlət”dirsə və biz də bunu qəbul ediriksə, onda mübahisəyə ehtiyac qalmır. Bir millətin, təbii ki, bir dili olur. O ULU dilin də adı bəllidir.
Millət və milliyyət məfhumlarını isə eyniləşdirmək olmaz. Məsələn, Amerika milləti yoxdur, milliyyəti var, Kanada milləti yoxdur, milliyyəti var, Yəmən, İraq, Suriya, Livan, Liviya, Misir, Əlcəzair, İran milləti yoxdur, milliyyəti var. Deməli, Amerika dili, Kanada dili, Avstriya dili, İsveçrə dili, İraq dili, Yəmən dili, Suriya dili, İran dili də yoxdur. Ləhcə, şivə, ağız, dialekt sinonim sözlər deyil, fərqli xüsusiyyətlərə malik terminlərdir. İstənilən sistemli dilin fonematik və sintaktik quruluşu o dilin qnoseoloji mənsubiyyətini müəyyənləşdirən həlledici amildir.
Azərbaycan Respublikasının bütün vətəndaşları - türklər, talışlar, tatlar, ləzgilər, lahıclar, inqiloylar, saxurlar, avarlar, ruslar, yəhudilər, udinlər və başqaları, istisnasız olaraq, azərbaycanlıdırlar.
Dıldə leksikoloji fərqlilik önəmli deyil, çünki ekstralinqvistik (siyasi, iqtisadi, mədəni, geopolitik səbəblər) faktorlar üzündən bir dildən başqa dilə yüzlərcə söz keçə bilir. Məsələn, dilimizdə çoxsaylı ərəb mənşəli sözlərin olması bizə dilimizin ərəb dili ilə qohum olması barədə düşünməyə əsas vermir. Eləcə də, Anadolu və Azərbaycan türklərinin danışığında eyni anlayışı fərqli sözlərlə ifadə etmək də həmin dilin fərqli dil olduğuna dəlalət etməz: tren-qatar, bavul-çamadan, bekar-subay, yaz-yay, torun-nəvə, tencere-qazan, kepçe-çömçə, sis-duman vs.
Maraq üçün qeyd edək ki, amerikan ingiliscəsi ilə Britaniya ingiliscəsi, Bavariya almancası ilə Saksoniya almancası, Misir ərəbcəsi ilə İraq ərəbcəsi, Paris fransızcası ilə Kvebek fransızcası arasında leksikoloji səviyyədə ciddi fərqlər olsa da, heç kim onları fərqli dil hesab etmir. Məsələn, londonlu bir qadın vaşinqtonlu bir qadına “ I have left my child's dummy in the pram and his nappy in the boot” söyləsə, vaşinqtonlu onu anlamayacaq və ya bostonlu bir oğlan mançesterli bir xanıma “you have nice pants” desə qız bu ifadəni təhqir kimi qəbul edəcək. Britaniyalıların “dummy” adlandırdıqlarına amerikalılar “pacifier”, “nappies”-“diapers”, “pram”- “baby carriage”, “boot”-“trunk” deyirlər. “İndi səndən kitabımı verməni rica edirəm” cümləsinin ərəb ədəbi dilində qarşılığı “Ərcuu minkə ən tu‘tiyəni kitabi halən” şəklindədir. Suriyalılar həmin cümləni “Bi-trəccaki’tini kitabi həllak”, fələstinlilər “İ‘məl ma‘ruf i‘tini kitibi həl’it”, əlcəzairlilər “İ‘tini iktab inta‘i druk”, tunislilər “Nuhibbək tu‘tini iktabi təvva”, misirlilər isə “Min fadlik iddini il kitab bitai dil va’t” işlədirlər. Misirlilər “qaf” hərfini yazsalar da, onu oxumurlar - “qəlb” sözünü “əlb” tələffüz edirlər, “cim” hərfini “qim” oxuyurlar - cumhuriyyət-qumhuriyyə; cəmal-qəmal, cəmil-qəmil vs; gələcək zamanı “hə” prefiksi ilə, inkarlıq bildirən “lə” yerinə “miş” deyirlər. Çoxsaylı fərqlərə rəğmən misirlilərin ləhcəsinə heç kim Misir dili demir. Oğuz türkcəsi ilə Qıpçaq və Uyğur türkcəsi arasında müəyyən morfoloji ayrılıqlar olsa da, onların ümumi ANA dili TÜRK dilidir.
Özünü Avropa standartlarına uyğun, kosmopolit-liberal düşüncə sahibi zənn edən, xarici dillərin birində və ya bir neçəsində sərbəst danışmaq bacarığı olan bəzi ziyalılarımız öz milli mənsubiyyətini unutsalar da, avropalılar onların milli mənsubiyyətini əsla yaddan çıxartmırlar. Biz çox vaxt sadəlövhlüklə düşünürük ki, problemlərimizi dünyaya yetərincə çatdıra bilmədiyimizdən dünya ictimaiyyəti, Qarabağ məsələsi də daxil olmaqla, bizim problemlərimizə etinasız qalır. Qətiyyən belə deyil.
Yerin altını, üstünü, kosmosu ələk-vələk edən, dünyanı ovucunun içi kimi bilən Qərb dünyası çox gözəl anlayır ki, ermənilər Qarabağa gəlmə etnik qrupdur, İrəvan da türklərin dədə-baba yurdudur. BMT-nin qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri də gözdən pərdə asmaq idi: “Biz bundan artıq nə edək, ermənilərlə özünüz dil tapın”.
Guya, Rusiya başda olmaqla, Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa 1992-2020-ci illər ərzində Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin törətdikləri vandalizmi, cinayətləri, insanlığa sığmayan hərəkətlərini, şəhər və kəndlərimizin yer üzündən silindiyini görmürdülər? Görürdülər, amma nümayişkəranə şəkildə susurdular. Onların düşüncəsinə görə, dil - həqiqətləri gizləmək üçün vasitədir. Xristian təəssübkeşliyi və türklük fobiyası ilə məsələni unutdurulanadək təxirə salmağa, Azərbaycanı mövcud vəziyyətlə barışmağa məcbur etməyə çalışırdılar.
Bu gün ermənilərin əbədi qəyyumu Rusiya, onlara ömrüboyu dayəlik edən Fransa, sözün əsl mənasında, reanimatoloq funksiyasını yerinə yetirirlər: ermənilərə havadan, sudan, qurudan gecə-gündüz hərbi təyinatlı yüklər daşıyırlar. İran İslam Cümhuriyyəti də bu işdə onlardan heç geri qalmır, haylara əlindən gələni əsirgəmir. Bizim zənginlərimizin başı üstüörtülü fərdi, adrenalin dolu macəralara qarışanda erməni zənginləri nüfuzlu senatorları, konqresmenləri ələ alıb ermənilərin xeyrinə fəaliyyətə yönəldirlər: Les autorites françaises semblent de s'incliner devant la pression du puissant loby armenien - Görünür, fransız iqtidarı nüfuzlu erməni lobbisinin basqısına boyun əyir" (Bax: https://fr.linkedin.com/pulse/pourquoi-la-france-e...
Fransa 1187-ci ildə səlib yürüşündə Səlahəddin Əyyubinin (1138-1193) komandanlıq etdiyi türk ordusunun fransızları Fələstin və Şamda darmadağın etməsini, yaxud 1799-cu ildə türk paşası Cəzzar Ahmet Paşanın (1730-1804) qoşunlarının Bonapart Napoleonun ordusunu Akka şəhərində məhv etməsini ya 1919-1922-ci illərdə Qazi Mustafa Kamal Paşanın rəhbərliyi ilə Anadolu türklərinin Fransa da daxil olmaqla, bütün ingilis, italyan, yunan, Avstriya, Kanada və Yeni Zelandiya qoşunlarını Anadoludan qovmasını türklərə, bəlkə, bağışlaya bilmir? Yoxsa, ona nə düşüb ki, gecə-gündüz Türkiyənin və Azərbaycanın əleyhinə işlər çevirsin, Avropa ölkələrini də bu işdə səfərbərliyə çağırsın?
Türk olmaq məsuliyyətli işdir. Türk olsan bütün dünya sənə qarşı gələcəkdir. Bu məsuliyyəti daşımaq, bu çətinliklərə sinə gərmək hər millətin işi deyil. Türk olmamaq isə ondan da çətindir: rəqibin Türk dünyası olacaqdır. “Ne mutlu, TÜRKüm diyene!”
Ölkə
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
COX GÖZƏL VƏ MƏZMUNLU
COX GÖZƏL VƏ MƏZMUNLU YAZIDIR.OXDUCA DÜŞNÜRSƏN BƏLALAR HARADAN QAYNAQLANIR.SƏLİB YÜRÜŞÜ İNDİ BAŞQA FORMADA DAVAM EDİR .SONU GÖRÜNMÜR.............
COX GÖZƏL VƏ MƏZMUNLU YAZIDIR.OXDUCA DÜŞNÜRSƏN BƏLALAR HARADAN QAYNAQLANIR.SƏLİB YÜRÜŞÜ İNDİ BAŞQA FORMADA DAVAM EDİR .SONU GÖRÜNMÜR.............
Təşəkkürlər Sizə .Belə yazılar əhalimizi çox maarifləndirir.Nə qədər istəməyənıər olsa da, həüiqətən XXI əsr türk əsri olmalıdır.Artıq işartıları görünür.Böyük Türk Birliyinin təməli atılmışdır.İnşallah uğurlu olsun!
Azərbaycanda uzun illər Türklərdən başqa hər millətin nümayəndəsinə bütün qapılar açıq olub-bunu sənədləşdirin
Serb yazıçısı Branislav Nuşiç (1864-1938) 1924-cü ildə qələmə aldığı "Özbioqrafiyam" əsərində yazır ki, "Yollar hələ türklər üçün çox heyfsilənəcəklər, çünki indi onları təmir etməyə bizi məcbur edən yoxdur".
Təşəkkürlər Ramazan bəy, çox təşəkkürlər!
Cox sağ olun.Mənən qidalandım və qürur duydum.Bu mövzuda davamını gözləyirik.
Serb yazıçısı Branislav Nuşiç (1864-1938) 1924-cü ildə qələmə aldığı "Özbioqrafiyam" əsərində yazır ki, "Yollar hələ türklər üçün çox heyfsilənəcəklər, çünki indi onları təmir etməyə bizi məcbur edən yoxdur".
Ramazan müəllim, məsələyə bir az dərindən baxmaq loazımdır, terklər döyüş meydanında udduğunu, stol arxasında danışıqlarda uduzublar...Biz türkçülüyü , türk təəssübkeşliyini uşaqlıqdan tərbiyə etməliyik bu məsələdə ermənilərdən və yəhudilərdən çox şey öyrənməlliyik, türklərin sayı nə Amerikada, nə də Fransada, Almaniyanı heç demirəm, nə yəhudilərdən, nə də ermənilərdən az deyil, amma hanı onların lobbisi, əgər Almaniyada türklərin sayı qədər erməni olsaydı, indi Almaniya Azərbaycana qoşun yeritmişdi...bizə türk xaıqlarına bir milli konsepsiya lazımdır, lap uşaqlıqdan hər bir türk onu əzbər bilməlidir, lap yəhudilərdə olduğu kimi...cəmi bir vərəqdən ibarət yəhudi "instruksiyası" əsrlərdir ki, mövcuddur və yəhudilər ona əməl edir...
Ramazan müəllim! Bu gözəl yazınıza görə Sizə təşəkkür edirik! Çox sağ olun!
Bu yazıya görə sizə dərin təşəkkürümü bildirirəm
Avropalılar döyüşməyi türk qorxusundan öyrəndilər.Türklər Avropaya öz ərazilərini qorumağı öyrətdi.Bayquş ulamağına bənzəyən kilsə musiqiləri hələ də türk qorxusunu zarıyır.Avropa qadınları öz rahatlıqlarını söydükləri türk kişilərinin qucağında tapırdılar.