Menu

Ötən gün dənizdə batan 3-cü şəxsin meyiti tapılıb

06.07.2021, 13:16
Ötən gün dənizdə batan 3-cü şəxsin meyiti tapılıb

Neftçalada ötən gün dənizdə batan 3-cü şəxsin meyiti tapılıb.

“Report”un Aran bürosunun məlumatına görə, ötən gecə Neftçala şəhər sakini, 1977-ci il təvəllüdlü Mənəfov Şükür Vaqif oğlunun meyiti dəniz sahilihdə aşkarlanıb. Meyit götürülərək aidiyyati üzrə təhvil verilib.

Qeyd edək ki, ötən gün rayonun Şirvanlı kəndi ərazisində Neftçala şhər sakinləri, 1977-ci il təvəlüdlü Bədəlov Məmməd Əvəz oğlu və onun oğlu,

2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğlu dənizdə çimərkən boğulmuşdu. Şükür Mənəfov oları xilas etmək istəyən zaman o, da dənizdə

boğularaq batmışdı.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol