Menu

İranda elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiyalar keçirilib

06.07.2021, 15:43
İranda elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiyalar keçirilib

İran Əfqanıstanın Herat vilayətinə elektrik enerjisi nəqlini dayandırıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu İranın Elektrik Paylayıçı şirkətinin baş direktoru Abuzər Salehi bildirib.

Onun sözlərinə görə, buna səbəb İranda elektrik enerjisi təminatı sahəsində yaranan çatışmazlıqdır.

Baş direktor qeyd edib ki, Əfqanıstanın Herat vilayəitinin elektrik enerjisinə olan ehtiyacının 70 faizi İran tərəfindən təmin edilir.

Bir neçə gündür İranın bir sıra şəhər rayonlarında elektrik enerjisi təminatında yaranan fasiələrə görə etiraz aksiyası keçirilir.

İran prezidenti Həsən Ruhani yaranmış duruma görə ölkə əhalisindən üzr istəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol