Menu

Əfqan qadınları Talibana qarşı silaha sarılır – FOTO

07.07.2021, 15:29
Əfqan qadınları Talibana qarşı silaha sarılır – FOTO

Əfqanıstanın Qövr vilayətindən olan onlarla qadın, vilayətin paytaxtı Feroz Kohda əllərinə silah götürərək Əfqanıstan və Əfqan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinə (ANDSF) dəstək olaraq Talibana qarşı vuruşacaqlarını bəyan edib.

“The Frontier Post” xəbər verir ki, bölgələrin Talibana təslim edilməsi davam edərkən minlərlə insan əfqan qüvvələrini dəstəkləmək üçün silaha sarılıb. Qövr sakinlərindən biri deyib ki, onlar qardaşlarını, sistemi, xalqı və ölkənin suverenliyini dəstəkləyir.

Talibana qarşı silah götürənlərin dəqiq sayı hələ məlum deyil. Müdafiə və daxili işlər nazirlikləri bəyan edib ki, bu güc nəticədə yerli polis, yerli NDS (National Directorate of Security - Milli Təhlükəsizlik Müdirliyi) qüvvələri və yerli ordu ilə birləşəcək. Bəlxdə bir ictimai səfərbərlik hərəkatına rəhbərlik edən və Talibanla mübarizə aparmaq üçün Bəlx bölgələrinə gedən Atta Məhəmməd Nur, bəzi dövlət məmurlarını qrupa qarşı kampaniyalarında onlarla əməkdaşlıq etmədikləri üçün tənqid edib: “Bəzilərindən niyə müharibəyə getdiklərini soruşurlar. Şəhərdə qalıb müharibəni bizə təhvil verməlidirlər. Qardaşım, müharibəni uduzursan”.

Badğis vilayətindən olan millət vəkili Abdul Bəsir Osmani deyib ki, indiyə qədər hökumət tərəfindən xalq üçün lazımi dəstək verilməyib.

Bu arada, ictimai xadim və milli qəhrəman Əhməd Şah Məsudun oğlu keçmiş mücahid liderləri, köhnə müqavimət cəbhəsinin siyasi rəhbərləri ilə məsləhətləşərək Talibana qarşı yeni bir cəbhənin yenidən təşkili üçün səy göstərdiyini bildirib. Əhməd Məsudun siyasi ofisinin üzvü Saleh Mohammad Reqistani bu cəbhənin elan ediləcəyinə və ictimai qiyam qüvvələrinin mütəşəkkil olacağına ümid edir. ABŞ-ın Əfqanıstandan bütün qüvvələrini çıxarmaq qərarı ilə Taliban silahlıları sürətlə yeni bölgələri və əraziləri ələ keçirir və əfqan hökumət qüvvələri də bir sıra yerlərdən qaçır.

Əfqanıstandan gələn xəbərlərdə deyilir ki, Taliban Qəndəharda şəhəri digər hissələri ilə birləşdirən mühüm körpüləri və yolları ələ keçirib və Əfqanıstan rəsmiləri də təhlükəsizliyi təmin etmək üçün addımlar atırlar.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol