Menu

"Qarabağ" toplanışa qələbə ilə başladı

07.07.2021, 22:10
"Qarabağ" toplanışa qələbə ilə başladı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Ağdam klubu Bolqarıstanın MOİK (Sofiya) komandası ilə qarşılaşıb. Görüş "köhlən atlar" 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 69-cu dəqiqədə Musa Qurbanlı vurub.

Qeyd edək ki, "Qarabağ" 2 həftəlik hazırlıq prosesində iyulun 11-də Rusiyanın "Arsenal" (Tula), iyulun 15-də isə Almaniyanın "Auqsburq" kollektivi ilə qüvvəsini sınayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol