Menu

Min nəfərdən artıq əfqan qaçqın Bədəxşanda yerləşib

08.07.2021, 00:01
Min nəfərdən artıq əfqan qaçqın Bədəxşanda yerləşib

Əfqanıstandan olan 1000 nəfərdən artıq qaçqın Tacikistanın Dağlıq-Bədəxşan muxtar vilayətində yerləşib. Bu barədə iyulun 7-də ölkənin yerli administrasiyası xəbər verib. Təhlükəsizlik mülahizələrindən dolayı, qaçqındarın yerləşdiyi konkret ərazilər açıqlanmır.

Vilyətin başçısı Yedqor Feyzov BMT-nin Tacikistanda qaçqınlar üzrə Ali Komisarlığı İdarəsinin nümayəndələrinə, BMT-nin Tacikistan üzrə daimi kordinatorunun ofisininə təşəkkür ifadə edib.

Görüşün gedişində qeyd edilib ki, Əfqanıstanda qaçqınların qəbulu, xüsusilə də bölgədə gərgin situasiya şəraitində, iqtisadi problemlər və təhlükəsizlik prolemləri Covid-19 pandemiyasın Tacikistanda ikinci dalğası kontekstində bəşəriyyət qarşısında yüksək məsuliyyət nümunəsidir.

Yedqor Fayzov öz növbəsində, deyib ki, bölgə hakimiyyəti bütün dövlət strukturları, inkişaf üzrə həmkarlarla və əhali ilə işləyir ki, qaçqınları maksimal dərəcədə qida, yaşayış yeri və tibbi xidmətlə təmin etmək mümkün olsun.

Dağlıq-Bədəxşan Muxtar Vilayətinin hakimiyyəti təhlükəsizlik mülahizələrindən dolayı, hələlik qaçqınların dəqiq sayını bildirmir. Bu, mülki qaçqınlar barədə verilən ilk xəbərdir. Buna qədər yalnız Tacikistan sərhədini keçmiş hərbçilər barədə xəbər verilmişdi.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol