Menu

Belarusa qarşı Avropa İttifaqının sanksiyalarına Serbiya da qoşuldu

08.07.2021, 00:34
Belarusa qarşı Avropa İttifaqının  sanksiyalarına Serbiya da qoşuldu

Avropa İttifaqının (Aİ) üzvü olmayan yeddi dövlət Belarusa qarşı sanksiyalara qoşulub. Bu barədə Aİ Şurasının pres-relizində deyilir. Sənəd iyulun 6-da yayılıb.

Belarusa yönəlik məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi barədə qərarı Şimali Makedoniya, Çernoqoriya, Serbiya, Albaniya, İslandiya, Lixtenşteyn və Norveç qəbul edib.

Söhbət Aİ sanksiyalarının dördüncü paketinə qoşulmaqdan gedir. Sənəd iyunun 21-də qəbul olunub.

«Qərar onu göstərir ki, ölkələrin milli siyasəti Aİ Şurasının qərarları ilə razılaşdırılır. Avropa İttifaqı bu öhdəliyi nəzərə alır və alqışlayır» - press-relizdə göstərilir.

Xəbər verildiyi kimi, Almaniya kansleri Angela Merkel iyulun 5-də əmin olduğunu bildirmişdi ki, 6 Balkan ölkəsi «geopolitik səbəblər üzündən» gələcəkdə Aİ-nin üzvü olacaqlar. Söhbət Serbiyanın, Albaniyanın, Şimali Makedoniyanın, Kosovanın və Bosniya-Hersoqovinanın Aİ üzvlüyünə daxil olmasından gedir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol