Menu

Mədəniyyət naziri dünya azərbaycanlılarına müraciət edib

08.07.2021, 13:02
Mədəniyyət naziri dünya azərbaycanlılarına müraciət edib

"Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra yeni dönəm başlayıb. Zəfər qazanmışıq, lakin beynəlxalq aləmdə təbliğat mübarizəsi davam edir".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Tbilisidə azərbaycanlı ictimai və mədəniyyət xadimləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, qalib xalqın mədəniyyətinin tanıdılması prosesində dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlı rol oynamalı, öz töhfəsini verməlidir.

Nazir deyib ki, Gürcüstandakı soydaşlarımız Azərbaycan mədəniyyəti və incəsənətinin yaşadılması, gələcək nəsillərə ötürülməsi istiqamətində fəallıq göstərirlər və bu, çox mühüm missiyadır, qürurvericidir.

Görüş iştirakçıları azərbaycanlı icmanı mədəniyyət sahəsində qayğılandıran məsələləri qaldırıblar, Borçalı xalçaçılığı, milli rəqslər, muğam sənətinin yaşadılması və digər sahələr üzrə təkliflər səsləndiriblər.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, "SOCAR Energy Georgia" şirkətinin Baş direktoru Mahir Məmmədov də iştirak edib.

A.Kərimov Gürcüstana rəsmi səfəri çərçivəsində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkib, ekspozisiya ilə tanış olub. Nazir həmçinin mədəniyyət ocağının qarşısında ucaldılan Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün büstünü ziyarət edərək önünə gül dəstələri düzüb.

Şərhlər

t.ədalət 2021-07-08 18:38:57

Mədəniyyət sahəsindəki problemlər qalıb bir tərəfdə başqa işlərlə məşğul olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol