Menu

"Xaricdəki qızıllarımızı ölkəyə gətirmişik" - Ərdoğan

08.07.2021, 15:30
"Xaricdəki qızıllarımızı ölkəyə gətirmişik" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün etdiyi çıxışında Türk Lirəsinin daha da ucuzlaşdırılması cəhdlərinə işarə edərək, "Biz xaricdəki qızıllarımızı ölkəyə gətirərək və valyuta ehtiyatlarını gücləndirərək hazırlığımızı görmüşdük", ifadələrini istifadə edib.

Rəcəb Tayyib Ərdoğan deyib: "Ölkəmizi diz çökdürmək səyləri sona çatmayıb. Terrorla Türkiyəni relsindən çıxara bilməyənlərin yeni hədəfi iqtisadiyyatımız oldu. Əməliyyatlar ilə valyuta məzənnəsini hərəkətləndirərək ölkəmizi iqtisadi böhranların altında əzmək üçün dəfələrlə hücum etdilər. Biz xaricdəki qızıllarımızı ölkəyə gətirərək və valyuta ehtiyatlarını gücləndirərək hazırlığımızı görmüşdük. Güclü iqtisadi siyasətlərimiz sayəsində bunu müvəffəqiyyətlə sovuşdurduq".

Şərhlər

esger 2021-07-08 16:44:33

Eşq olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol