Menu

İranda ötən sutka koronavirusdan 136 nəfər ölüb

08.07.2021, 16:19
İranda ötən sutka koronavirusdan 136 nəfər ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 136 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 85 397 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 23 391nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 327 526 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol